
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər- FOTOLAR
18:37 18.01.2019
Arxiv
316
Nəsimi Rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə reallaşdırdığı layihə əsasında yanvarın 17-də Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində onlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Sonra Nəsimi Rayon İcra Hakimiyyətində Türkiyə şəhidlərinin övladları ilə görüş olub. Görüşdə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar 20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində reallaşan bu səfərin önəmindən danışıb. O deyib ki, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq hər iki ölkənin gələcək nəsillərinə qardaşlıq və birlik ideyası aşılanmalıdır. Türkiyədən Azərbaycana gələn uşaqlar və gənclər qardaş ölkə ilə bağlı ətraflı məlumata malik olmalıdırlar.
Vurğulanıb ki, bu səfərin 20 Yanvar faciəsinin ildönümündə baş tutması təsadüfi deyil. Azərbaycanda olduğu kimi, Türkiyədə də yeni nəslin nümayəndələri qardaş ölkənin azadlıq tarixini bilməlidir. Çünki qanlı 20 Yanvar hadisəsi Azərbaycan Respublikasının müstəqillik tarixinin əsasını təşkil edir.
Federasiya sədri qeyd edib ki, Türkiyədən gələn şəhid övladları ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri terror aktları ilə bağlı ətraflı məlumat əldə edəcəklər. Bununla yanaşı, onlar Azərbaycanın tarixi yerlərini ziyarət edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pivə qan damarları üçün faydalıdırmı?
08:20 27.05.2026
Sağlamlıq
“17 yaşımda striptiz-klubda işləyirdim”
07:51 27.05.2026
Şou
Avropaya səyahət edənlərin NƏZƏRİNƏ...
06:43 27.05.2026
Maraqlı
Çox yatmaq hansı xəstəliklərdən xəbər verir?
04:42 27.05.2026
Sağlamlıq
Cazın əfsanəsi dünyasını dəyişdi!
04:04 27.05.2026
Şou
Kütləvi işsizlik gözlənilir? - "OpenAI" rəhbəri danışdı
03:33 27.05.2026
Texnologiya
“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlanıb
02:54 27.05.2026
Futbol
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
00:40 27.05.2026
Dünya
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:17 27.05.2026
Cəmiyyət
İsrail HƏMAS-ın yeni liderini olduğu bazaya hücum etdi
23:59 26.05.2026
Dünya
İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
23:11 26.05.2026
Rəsmi
Mahmud Abbas İlham Əliyevi təbrik edib
22:38 26.05.2026
Rəsmi
Netanyahu: İsrail Livanda əməliyyatı genişləndirir
21:51 26.05.2026
Dünya
Şərif Ərdoğanla regional məsələləri müzakirə edib
21:38 26.05.2026
Region
Ceyhun Bayramov və İshaq Dar bu məsələləri müzakirə ediblər
21:26 26.05.2026
Siyasət