"Çünki silahı hazırlamaq üçün əlavə olaraq rezin, dəmir, polad və s. xammallar lazımdır"
Türkiyə silah bazarına çevrilir
08:24 13.10.2018
Arxiv
736
"Müdafiə sənayesinin inkişafı paralel olaraq digər iqtisadi sahələrin, qeyri-hərbi sektorların da tərəqqisinə səbəb olur"
"Çünki silahı hazırlamaq üçün əlavə olaraq rezin, dəmir, polad və s. xammallar lazımdır"
"Çünki silahı hazırlamaq üçün əlavə olaraq rezin, dəmir, polad və s. xammallar lazımdır"
İki gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Müdafiə Sənayesi Nazirliyinin İcra Komitəsinin toplantısı keçirilib. İclasda Türkiyənin təhlükəsizliyini təmin etmək və hərbi gücünü artırmaq məqsədi ilə yeni texnologiyaların tətbiqinə, müasir silah-sursatların istehsalına qərar verilib. Xüsusən, yerli istehsal olan ATAK helikopterlərinin və PUA-ların təkmilləşdirilməsinə, dəniz və quruda istifadə edilən yeni növ zirehli texnikaların emalına yönəlik layihələrin hazırlanmasına göstəriş verilib.
Ərdoğan bəyan edib ki, Türkiyə regional və dünyəvi mövqeyini daha da möhkəmləndirmək və bölgədə söz sahibi olmaq üçün mütləq öz müdafiə sənayesini inkişaf etdirməlidir. Türkiyə liderinin sözlərinə görə, hərb sənayesinin tərəqqisi ölkənin digər dövlətlərdən asılılığını aradan qaldıracaq. Onun sözlərinə görə, müasir tələblərlə ayaqlaşmaq və modern texnologiyanı inkişaf etdirmək həm dövrün tələbi, həm də ölkə iqtisadiyyatının tərəqqisi deməkdir.
Türkiyə tərəfindən atılan addımı "Şərq”ə dəyərləndirən hərbi-ekspert Azad İsazadə deyib ki, hərbi sahənin güclü olması iki mühüm problemə son verir və ilk növbədə ölkənin müdafiə sistemini gücləndirir:
"İstənilən dövlət hərbi texnikalara olan tələbatını yerli istehsal hesabına ödəyərsə, təhlükəsizlik sistemi də o qədər güclü olar. Ən əsası isə digər dövlətlərdən asılılığı azalar. Burada söhbət sadəcə hərbi asılılıqdan getmir, eyni zamanda texniki avadanlıq, ehtiyat hissələri və bir çox sahələr üzrə "kiməsə möhtac olmaq” prinsipi aradan qalxmış olur. Ölkə hər baxımdan inkişaf edir. Digər ən mühüm amil isə hərbi müdafiə sənayesinin kommersiya xarakteri daşımasıdır. Hazırda Türkiyə ətrafında gedən hərbi proseslər hamıya məlumdur. Müharibə şəraitində olan qonşu dövlətlər hardansa silah-sursat tapmalıdır. İndiki məqamda silah bazarında ilk üz tutulan dövlət məhz Türkiyə olacaq. Çünki həm qiymət, həm məsafə, həm də çatdırılma baxımdan Türkiyə daha əlverişlidir. Bu vəziyyət Türkiyənin silah satışında xeyli irəliləməsinə gətirib çıxara bilər. Azərbaycan özü də qardaş ölkədən kifayət qədər hərbi texnikalar alır. Mühüm məqamlardan biri odur ki, müdafiə sənayesinin inkişafı paralel olaraq digər iqtisadi sahələrin, qeyri-hərbi sektorların da tərəqqisinə səbəb olur. Çünki silahı hazırlamaq üçün əlavə olaraq rezin, dəmir, polad və s. xammallar lazımdır. Yəni müdafiə texnologiyasının inkişafı bir çox iqtisadi sahələrin formalaşmasına və ümumilikdə sənayenin şaxələnməsinə gətirib çıxarır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalıların Moskva və Kiyev səfəri nəyi dəyişirdi?
20:51 07.09.2026
Dünya
"Neftçi" nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib
20:44 07.09.2026
Futbol
Qucaqlaşmaq sadəcə sevgi deyil: Beyində bu prosesləri işə salır
20:36 07.09.2026
Sağlamlıq
Nə Rusiya, nə də Ukrayna kompromisə açıqdır - ŞƏRH
20:27 07.09.2026
Gündəm
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya