Türkiyə təhlükədə - ABŞ PKK-ya hava müdafiə sistemləri göndərdi
10:55 07.03.2019
Arxiv
485
Son 2,5 ayda İraqdan Suriyadakı PKK-ya 2500 yük avtomobili silah-sursat və hərbi texnika göndərilib
ABŞ prezidenti Donald Trampın Suriyadan çıxacağıq açıqlamasına baxmayaraq Birləşmiş Ştatlar bölgədəki hərbi mövcudluğunu daha da gücləndirib.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bölgədə yeni müşahidə məntəqələri quran ABŞ Müdafiə Nazirliyi (Pentaqon) terror təşkilatı PKK/YPG-yə qabaqcıl hərbi texnika və silah sistemləri göndərib.
Pentaqon İŞİD-ə qarşı əməliyyatlar başa çatdıqdan sonra İraq ordusunun xidmətindəki silah və texnikaları geri alıb. Və həmin texnika və silahların əksəriyyəti Suriyanın şimalındakı PKK/YPG-yə göndərilib. Bu göndərilmə Trampın 2018-ci il 19 dekabrda Suriyadan çıxırıq açıqlamasından 12 gün sonra başlayıb.
Pentaqon sözçüsü Sean Robertson da terror təşkilatına silah və texnikanın göndərilməsini təsdiqləmiş, lakin, detallarını deməmişdi. Robertson ötən ay verdiyi açıqlamada, "Fəratın şərqində nəzarəti tamamilə ələ keçirmək üçün Suriya Demokratik Qüvvələrinin (Qeyd: PKK/YPG-nin dəstəkçisi) kifayət qədər avadanlıq və silahlarla təmin edilməsi çox mühümdür".
Bölgədəki mənbələr də silahların daşınmasını təsdiqləyir. Son 2,5 ayda İraqdan Suriyadakı PKK-ya 2500 yük avtomobili silah-sursat və hərbi texnika göndərilib. Bu daşınmalar ancaq gecələr həyata keçirilib. Amma əvvəllər gündüzlər də bu həyata keçirilirmiş. Son günlərdə də bu daşınmalarda fəallıq baş verib.
Digər tərəfdən, ABŞ-ın bölgəyə inkişaf etmiş hava müdafiə sistemi daşıdığı iddia edilir. Bu, Suriyanın şimalında PKK-nı qorumaq üçün Türkiyəsiz təhlükəsiz bölgə planı əsasında baş verib.
Qeyd edilir ki, bu hava müdafiə sistemlərindən Türkiyənin pilotsuz uçuş aparatlarına mane olmaq üçün istifadə ediləcək. Belə ki, Türkiyə Fəratın şərqinə qarşı əməliyyat üçün terror fəaliyyətlərini izləməkdədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm