Türkiyə və ABŞ arasında sanksiyalarla bağlı işçi qrupu yaradılacaq

Türkiyə və ABŞ arasında Ankaranın Rusiyaya məxsus “S-400 Triumf” hava hücumundan müdafiə sistemlərini alması ilə əlaqədar ABŞ-ın tətbiq etdiyi sanksiyalarla bağlı tekniki işçi qrupu yaradılacaq.
“RİA Novosti” xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu deyib.
“Texniki danışıqlar başlayıb”, - deyə Çavuşoğlu bildirib.