Türkiyə YSK rəhbəri: "İmamoğlu İstanbulda qalib gəldi"




Türkiyə Yüksek Seçim Kurulunun (YSK) sədri Sadi Güvən İstanbulla bağlı rəsmi nəticəni elan edib.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, YSK sədri CHP-nin namizədi Əkrəm İmamoğlunun İstanbul üzrə qalib olduğunu bildirib.

O qeyd edib ki, İmamoğlu 4 milyon 159 min 650 səs yığıb: "Onun rəqibi AKP namizədi Binəli Yıldırım isə 4 milyon 131 min 751 səs alıb".

Qeyd edək ki, CHP İstanbuldan savayı Ankara, İzmir, Antalya kimi böyük şəhərlərdə də hakim partiyaya qalib gəlib.