Türkiyədə 7 mindən çox vəzifəli şəxs işdən çıxarılıb -Təmizləmə




Türkiyədə ötən ilin 15-iyulunda baş verən dövlət çevrilişinə cəhddən bir il ötür və bu bir il ərzində ölkədə yalnız yüksək vəzifə tutanlardan 7 mini istefaya göndərilib. 

Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" Agentliyi məlumat yayıb. 

Xəbərə görə, nazirlik əməkdaşları, polis və hərbiçi olmaqla konkret olaraq 7563 nəfər təmizləmə prosesi zamanı istefaya göndərilib. Ümumlikdə isə  bir il əzrində 50 min adam saxlanlıb və 100 mindən çox adam işdən azad olunub.

Ayyət Əhməd