Türkiyədə bələdiyyə seçkiləri keçirilir
04:43 31.03.2019
Arxiv
557
Bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir.
"Sherg.az"ın məlumatına görə, seçkilərdə 30 şəhər, 81 rayon və 922 qəsəbə bələdiyyəsində 1389 yer uğrunda 8270 namizəd mübarizə aparır.
Müstəqil namizədlər və 12 siyasi partiyanın qatıldığı seçkidə hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası "Cümhur ittifaqı”, Cümhuriyyət Xalq Partiyası və İYİ Partiya "Millət İttifaqı” blokunda birləşirlər. Səadət Partiyası da seçkilərdə "Millət İttifaqı” ilə birgə hərəkət edir.
Səsvermə ilə bağlı ölkədə ciddi təhlükəsizlik tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 39 min nəfərlik şəxsi heyət təhlükəsizlik tədbirlərinə cəlb olunub. Bundan başqa, nişan, toy və sair kütləvi şənlik və tədbirlərin səsvermə günü Türkiyə vaxtı ilə saat 18.00-a kimi keçirilməsinə məhdudiyyət qoyulub. Gecə saat 23.00-a qədər spirtli içki satılmayacaq. Seçicilər səsvermə otaqlarına mobil telefonla daxil ola bilməzlər.
Rəsmi məlumatlara görə, ölkə üzrə təxminən 57 milyon vətəndaş səsvermədə iştirak etmək hüququna malikdir. Seçki məntəqələrində 194 min 390 səsvermə qutusu qoyulub. Ölkə üzrə 1 milyon 156 min vətəndaş ilk dəfə səs verəcək. Ən çox seçici 10 milyon 560 min 96 nəfər olmaqla İstanbulun payına düşür. Seçicilərin 3 milyon 922 min 163 nəfəri isə Ankaradakı səsvermə məntəqələrində siyasi iradələrini ifadə edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi