Türkiyədə polisə hücum - Rəis öldü, 2 nəfər yaralanıb



Hücuma məruz qalan Türkiyənin Rize vilayətinin polis idarəsinin rəisi xəstəxanada ölüb, daha iki polis əməkdaşı yaralanıb.

Qeyd edək ki, Türkiyənin Rize vilayətinin polis idarəsinin rəisi Altuğ Verdi hücuma məruz qalıb. Trend-in məlumatına görə, hücum nəticəsində A.Verdi xəstəxanaya yerləşdirilib.

Onun sağlamlıq vəziyyəti barədə məlumat verilməyib.

Qeyd olunur ki, hücumu polis idarəsinin əməkdaşlarından biri törədib. O, hadisədən dərhal sonra saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.