Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb: Pilotun burnu da qanamadı





Türkiyənin Bursa vilayətinin Yenişəhər rayonunda "Tecnam 2008 JC” tipi təlim təyyarəsi qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, iki nəfərlik təlim təyyarəsi texniki nasazlıq ucbatından hava limanından 5 kilometr aralıdakı tarlaya məcburi eniş etməli olub. Bu zaman mühərrikin dayanması səbəbindən təyyarə tərsinə çevrilərək yerə çırpılıb. Pilot və təlim alan şəxs heç bir xəsarət almayıblar.