Türkiyədəki inflyasiyanın Azərbaycana təsirləri olacaqmı? - İZAH






Son vaxtlar Türkiyənin milli valyutası olan lirənin dollara nisbətdə ucuzlaşması davam etməkdədir. Türkiyəli iqtisadçılar lirənin sürətlə dəyər itirməsi ilə bağlı olaraq bu ölkədə inflyasiyanın yaranacağını proqnozlaşdırırlar. 

Hətta Azərbaycanın türk mallarının əsas idxalçılarından biri olduğunu iddia edərək bildirirlər ki, lirənin dəyərdən düşməsi ölkəmizə də  təsirsiz ötüşməyəcək. Bununla yanaşı, qeyd edək ki, bəzi yerli iqtisadçılar Azərbaycanda manatın dollara nisbətdə məzənnəsinin sabit qaldığını  əsas  gətirərək lirənin ucuzlaşmasının ölkəmizə hər hansı bir təsirinin olmayacağını iddia edirlər. 

Maraqlıdır, görəsən,qardaş ölkə valyutasının dəyərdən düşməsi Azərbaycanın iqtisadi və sosial həyatına mənfi təsir göstərəcəkmi? 

Sualımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli "Sherg.az" bildirdi ki, əvvəla, Türkiyə lirəsinin dəyər itiməsi gözlənilən idi. Çünki son vaxtlar Türkiyənin beynəlxalq münasibətləri gərginləşib. Eyni zamanda Almaniyə və ABŞ səfirlərinin Türkiyəni tərk etməsi məsələni nisbətən qabartdı: " 

"Lirənin sürətlə dəyər itirməsi inflyasiya yaradır. Bu konteksdən lirənin dəyər itirməsi Azərbaycan iqtisadiyyətina iki aspekdən təsir göstərir. Lirə dollara qarşı dəyər itirməsi ilə yanaşı manata qarşı da dəyər itirib. Nəticədə, Türkiyədə istehsal edilən məhsullar manatla qiyməti ucuzlaşıb. İnflyasiyanın olmasına baxmayaraq güman olunur ki, türk mallarının qiymətində və həcmində müəyyən azalmalar müşahidə olunacaq. Nəticə etibarilə bu da türk mallarının qiymətlərinin ucuzlaşmasına səbəb olur. Amma sözsüz, inflyasiya olduğuna görə, Türkiyədən idxal olunan mallarda kəskin ucuzlaşma  gözlənilmir. 

Çünki manat da dollara qarşı stabit qaldığına görə, lirə Azərbaycan milli valyutası qarşısında da dəyər itirir. Digət tərəfdən də inflyasiya olduğuna görə, Türkiyədən istehsal edilən malların qiyməti qalxıb. Malların bahalaşdığı üçün  azərbaycanlı iş adamları məcburdurlar ki, həmin məhsulları baha qiymətə alsınlar. Amma türk bazarlarında az məbləğdə manat daha çox türk lirəsi deməkdir. Ona görə də, Türkiyədə olan inflyasiyanın Azərbaycan iqtisadiyyatına, Azərbaycan istehlak bazarına ciddi təsirləri yoxdur”.

Kənan Eynuroğlu