Türkiyədən müsəlman dünyasına ÇAĞIRIŞ: "İsraillə əlaqələrinizi bir daha nəzərdən keçirin !




Türkiyənin baş naziri Binəli Yıldırım müsəlman ölkələrinə çağırış edib. 

"Sherg.az" "Le figaro.fr"ə istinadən xəbər verir ki, dünən Qəzza zolağında 60 nəfər fələstinlinin İsrail ordusu tərəfindən məhv edilməsinə münasibət bildirən baş nazir bəyan edib ki, müsəlman ölkələri İsraillə danışqlara getməli və əlaqələri yenidən nəzərdən keçirməlidir:

"Müsəlman dünyası kollektiv şəkildə hərəkətə keçməlidir. Bu qırğına qarşı birgə mübarizə aparmalıdırlar". 

Qeyd edək ki, ötən ilin dekabrında İstanbulda təşkil olunan iclasda Qüdsün İsrailin paytaxtı elan olunması və orada Amerika səfirliyinin açılmasına dair qərarının yanlış olduğunu bəyan edib. 

Tərcümə etdi: Ayyət ƏHMƏD