Türkiyənin məşhur aktyoru həbs olundu




Türkiyənin tanınmış aktyoru Ufuk Bayraq 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com xəbər verir ki, buna səbəb 2007-ci ildə odlu silahla mübahisəyə girməsi olub. Uzun illərdir davam edən məhkəmədən sonra Ufuk Bayraqa 6 ay həbs cəzası verilib. 36 yaşlı aktyorun artıq 20 gündür həbsxanada olduğu bildirilir.

"Ezəl”, "Vətənim sənsən” seriallarında canlandırdığı rollarla tanınan Ufuk Bayraq həmçinin, bir neçə bədii filmdə də çəkilib.