Türkiyənin millət vəkillərindən Alxanlıdakı hadisəyə SƏRT REAKSİYA
12:06 05.07.2017
Arxiv
532
"Dövlətimizə qarşı yönələn təhdidləri aradan qaldırmaq üçün mübarizə apararkən qardaş Azərbaycanın Qarabağ bölgəsində Ermənistan işğalçılarının ağır silahlarla hücumu nəticəsində 2 yaşlı övladımızın qətlə yetirilməsi Türkiyədə hamını ağrıdıb. Bu, öz torpağını işğaldan azad etmək üçün Azərbaycanın səbrini daşıran bir damladır”.
Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Ədalət və İnkişaf Partiyası (AKP) Osmaniyə millət vəkili Suat Önal deyib. O bildirib ki, Türkiyəni "soyqırım” törətməkdə haqsız şəkildə ittiham edən Ermənistan və erməni diasporası üçün 2 yaşlı azərbaycanlı uşağın onların özləri tərəfindən qətlə yetirilməsi ən ibrətamiz cavabdır: "Türk-islam milləti bunu unutmayacaq, unutmamalıdır. Azərbaycanlı qardaşlarımız əmin olsunlar ki, yüz il əvvəl olduğu kimi, bu gün də öz torpaqlarını işğalçı ünsürlərdən təmizləmək yolunda Türkiyə hər an onların yanındadır və üzərinə düşən hər bir vəzifəni qərarlı şəkildə yerinə yetirəcək”.
Müstəqil millət vəkili Yusuf Halaçoğlu da hadisəni sərt şəkildə qınayıb: "Bu alçaq hücum Azərbaycanın öz torpaqlarında birbaşa mülki vətəndaşlara və dövlətə qarşı yönəlmiş qanlı cinayətdir. 100 il əvvəlin qondarma, saxta, baş verməmiş hadisələrini bu gün daha da saxtalaşdıraraq Türkiyəni ittiham etməyə çalışan erməni işğalçıları və onların havadarları suç törətdikləri yerdə yaxalandılar. İki yaşlı uşağın ağır silahla qətlə yetirilməsi Xocalı və Srebrenitsadan sonra tarixin ən ağır soyqırımıdır. Bu mənfur hadisə beynəlxalq hüquqdan irəli gələn haqlarından istifadə edərək öz torpaqlarını işğaldan azad etmə istiqamətində Azərbaycan türklərini daha da səfərbər etməlidir. Buna Azərbaycanın kifayət qədər gücü olduğu kimi, Türkiyənin də hər an qardaşlarının yanında olduğu unudulmamalıdır”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya