Türkiyəyə "Patriot" satışında əngəllər yaranıb
14:06 05.01.2019
Arxiv
623
Ankara, "Patriot" təklifinə hərtərəfli qiymətləndirmədən sonra cavab verəcək
Türkiyəyə "Patriot" hava hücumundan müdafiə sistemlərini satmağa çalışan ABŞ qiymət endiriminə getmək istəmir.
Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir ki, Vaşinqton həmçinin Ankaranın Rusiyadan daha ucuz alacağı S-400-dən də imtina etməsini istəyir.
ABŞ Dövlət Departamenti 3.5 milyard dollar dəyərində olan "Patriot" sistemlərinin Türkiyəyə satışına 2018-ci il dekabrın 19-da razılıq verib. Ancaq Türkiyəyə təqdim olunan son təklifdə bir dəyişiklik olmayıb. ABŞ-ın son təklifində S-400-dən imtina ilə bağlı ilkin şərt yer almasa da, bu problem hələ də həll edilməyib.
Ankara, "Patriot" təklifinə hərtərəfli qiymətləndirmədən sonra cavab verəcək. ABŞ qiymətdə güzəştə getsə belə, bu, hər bir halda S-400-dən daha baha başa gələcək. Türkiyə həmçinin, S-400-dən imtina şərtinə də qəti olaraq qarşı çıxır.
Türkiyənin 2013-ci ildə elan etdiyi tenderdə Vaşinqton "Patriot" üçün 4.5 milyard dollarlıq təklif ilə gəlmiş, tenderdə 3-cu sırada yer almışdı. İlk yerdə isə Çin olmuş və 3.4 milyard dollarlıq təklif irəli sürmüşdü. İkinci yerdə isə Fransa-İtaliyanın birgə təklifi olmuşdu.
Vaşinqton, Ankaranın Pekindən müdafiə sistemlərini almasını əngəlləmək üçün ciddi addımlar atmış, Türkiyənin havadan müdafiəsini təmin etməyə dair hər hansı bir alternativ də irəli sürməmişdi. "Patriot" ilə bağlı son təklifə baxdıqda ABŞ-ın 2013-cü ildəki davranışını eynən davam etdirdiyi görünür. Türkiyə isə az qala ABŞ-ın təklifinin üçdə biri nisbətində vəsaitlə Rusiyadan S-400 alır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual