Türkmənistan Azərbaycan kəmərlərinə qoşulacaq
17:26 12.08.2018
Arxiv
612
Rəsmi Aşqabad TANAP və TAP layihələrinin köməyilə türkmən qazını xarici bazara çıxarmağa ümid bəsləyir
"Xəzər beşliyi"nin dövlət başçıları bu gün Qazaxıstan Aktausunda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar. Bu tarixi sənəd üzərində diplomatlar 1996-cı ildən indiyəcən işləyiblər.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, rəsmi Aşqabad bu sənədin qəbulu ilə türkmən qazının xarici bazara çıxmaq probleminin həll ediləcəyinə ümid bəsləyir.
Hazırda söhbət təbii qazın Avropa bazarlarına çıxarılmasından gedir.
Türkmənistan güman edir ki, bu Konvensiya Xəzərin dibi ilə Azərbaycana qədər Transxəzər qaz boru xəttinin çəkilməsinə imkan verəcək və xətt Transatlantik qaz kəmərinə (TANAP) qoşulacaq.
Sözügedən qaz kəmərinin təbii qazı Azərbaycanda Gürcüstan və Türkiyədən keçməklə Yunanıstan sərhəddinə, onun davamı olaraq da Transadriatik qaz kəməri vasitəsilə (TAP) Cənubi Avropaya daşıması nəzərdə tutulur.
Azərbaycan, Gürcüstan, Türkmənistan, Türkiyə və Avropa İttifaqı artıq xeyli müddətdir ki, Xəzər regionunun təbii qazının Avropaya ixracını nəzərdə tutan layihə üzərində işləyir. Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması bu prosesi sürətləndirə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq