ÜAK-ın ləğvində məqsəd Bakıya təzyiq etməkdir
19:56 21.09.2017
Arxiv
845
“Rusiya kimi ölkələrdə siyasi rəhbərlik ehtiyac gördüyü məqamlarda məhkəmə hakimiyyətinin qərarlarına təsir göstərə bilir”
"Ölkəmizdə bir çox ekspertlər Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı məsələni Azərbaycana təzyiq kimi qiymətləndirir. Mən də bunu istisna etmirəm. Çünki Rusiya uzun müddətdir Azərbaycanın onun inteqrasiya layihələrinə - Avrasiya İqtisadi İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmasını gözləyir və istəyir”.
Bu fikirləri ÜAK-ın ləğvi ilə bağlı "Şərq”ə danışan tanınmış siyasi şərhçi Şahin Cəfərli deyib. Ekspertin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində dominant rola malik Rusiya maraqlıdır ki, münaqişə məhz bu dövrdə, onun liderliyi ilə və Moskvanın maraqları maksimum nəzərə alınmaqla həllini tapsın:
"Beləliklə, bölgə məsələlərinə ABŞ başda olmaqla, kənar dövlətlərin müdaxiləsinə ehtiyac qalmasın. Lakin Azərbaycan hələ ki, Rusiyanın bu istəklərinə və gözləntilərinə adekvat cavab vermir. Bu amil Rusiya hakimiyyət dəhlizlərində Azərbaycana münasibətdə neqativ əhval-ruhiyyənin yaranmasına səbəb olur. Ona görə də, istisna deyil ki, Azərbaycana məxsus diaspora təşkilatının ləğvində məqsəd həm də Bakıya təzyiq etməkdir. Əslində, Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyasının qərarı gözlənilməz deyildi. Çünki istər Rusiya Ədliyyə Nazirliyinin bu məsələyə dair güzəştsiz mövqeyi, istərsə də nazirliyin mövqeyinə uyğun məhkəmə qərarı göstərirdi ki, Rusiya hüquq sistemi bu məsələdə eyni fikirdədir. Şübhəsiz ki, Rusiya siyasi rəhbərliyi məsələyə müdaxilə edə bilərdi. Hamıya aydındır ki, Rusiya kimi ölkələrdə siyasi rəhbərlik ehtiyac gördüyü məqamlarda məhkəmə hakimiyyətinin qərarlarına təsir göstərə bilir. Lakin siyasi rəhbərlik ÜAK-la bağlı məsələyə müdaxilə etməyə ehtiyac görmədi. Baxmayaraq ki, Azərbaycan tərəfinin bu yöndə gözləntisi var idi”.
Politoloq bildirib ki, bununla yanaşı, ÜAK-a niyə bu dərəcədə önəm verilməsinin səbəbi onun üçün tam aydın deyil. Çünki ÜAK-ın əvəzinə Rusiya qanunvericiliyinə uyğun şəkildə yeni bir təşkilat qurmaq mümkündür:
"Bunun önündə hər hansı maneə varmı? Bəlkə də var, biz bilmirik. Mümkündür ki, Moskva Rusiya azərbaycanlılarının əksəriyyətini öz ətrafında birləşdirən güclü bir təşkilatın Azərbaycan dövləti ilə yaxınlığını istəməsin. Çünki dövlətlərarası münasibətlər nə qədər yaxşı olursa olsun, hər halda, Azərbaycan başqa dövlətdir. Prezident Putin belə məsələlərə, yəni digər dövlətlərin rusiyadaxili məsələlərdə hər hansı rol oynamasına isti baxmır. Ona görə də, istisna etmirəm ki, ÜAK-ın ləğvində məhz bu amil - təşkilatın Azərbaycan dövlətinə və hakimiyyətinə yaxınlığı xüsusi rol oynayıb”.
Ekspert şəxsi müşahidəsinə əsasən deyib ki, Rusiya Ədliyyə Nazirliyinin qurumun ləğvi barədə məsələ qaldırmasına Azərbaycanın verdiyi reaksiya heç də rəsmi Moskvanın xoşuna gəlməyib:
"Düşünürəm ki, onlar bunu Rusiyanın hüquq sisteminə, Rusiyadakı hüquqi prosedurlara müdaxilə cəhdi kimi qiymətləndirdilər. ÜAK məsələsində Rusiya tərəfinin geri addım atmamasının səbəblərindən biri bu ola bilər. Yəni rəsmi Moskva nümayiş etdirmək istədi ki, Rusiya məhkəmə-hüquq sistemi müstəqildir və istər ölkənin siyasi rəhbərliyi, istərsə də başqa dövlətlər onun işinə təsir göstərə bilməz”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya