"Uber" ermənilərə işləyir? - Bakı Nəqliyyat Agentliyindən ÇAĞIRIŞ
14:32 09.02.2018
Arxiv
1893
"Yandeks" və "Uber" şirkətləri arasında biznes sazişinin imzalanması və baş direktor vəzifəsinə erməni Tiqran Xudaverdyanın təyin edilməsi ilə bağlı xəbər vermişdik. Sazişə əsasən, "Uber" Rusiya, Ermənistan, Gürcüstan, eləcə də Azərbaycanda fəaliyyət göstərəcək. Bu günə qədər "Uber" taksi şirkəti Azərbaycan bazarında fəaliyyət göstərirdi. Bəs görəsən, rəhbərliyinə erməninin təyin olunduğu bu şirkətin ölkəmizdə fəaliyyətinə icazə veriləcəkmi?
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Publika.az-a bildirdi ki, bu ilk növbədə ölkəmizin milli maraqlarına zidd olduğu üçün sürücülərimizin özləri adıçəkilən şirkətlə əməkdaşlıqdan imtina etməlidirlər:
"Biz sürücülərə fərqlənmə nişanı verərkən, qanunla tənzimlənən bütün normalara riayət edirik. Burda bir məsələ var ki, fərqlənmə nişanı alan sürücülərdən hansı şirkət və ya şirkətlərlə əməkdaşlıq edəcəklərini tələb etmək hüququmuz yoxdur. Standartlara cavab verirsə, fərqlənmə nişanı verilir. Digər məsələ odur ki, təkcə sürücü bu barədə məlumat verərsə, bizim məlumatımız olar. O zaman da, biz sadəcə məsləhət verə bilərik ki, bəs çalışmaq istədiyiniz şirkətin rəhbəri ermənidir və sizin fəaliyyətniz sayəsində qazanılan məbləğ bu istiqamətə gedəcək. Qərar yenə də sürücülərin özlərinə aiddir. Məsələnin həll olunması üçün gərək "GetContac" kimi bu şirkətin də ölkə daxilində fəaliyyəti bloklana. Bu isə bizim səlahiyyətlərimizə daxil deyil. Bakı Nəqliyyat Agentliyi bütün taksi xidmətilə məşğul olan sürücüləri bu cür şirkətlərlə əməkdaşlıqdan çəkinməyə çağırır. Ölkəmizin milli maraqları və xalqımızın milli mənafeyi hər şeydən üstündür, toxunulmazdır".
Mövzu ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, hazırda taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin lisenziyalaşdırılması ləğv edilib:
"İndi onlar birbaşa vergi ödəyicisi kimi qeydiyyata alınırlar. Şirkətlərin tətbiqlərinin isə tənzimlənməsi aparılmır. Hazırda bizim nazirliyin səlahiyyətlərinə biometrik pasportların və fərdi məlumatlar haqqında lisenziyaların verilməsi daxildir”.
Qanunda edilən dəyişikliklərin dəqiq tarixinə baxanda görürük ki, həqiqətən də taksi şirkətlərinin lisenziya ilə fəaliyyət göstərməsi 21 dekabr 2015-ci ildən lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısından çıxarılıb. Lakin, bu da həqiqətdir ki, "Uber" şirkəti ölkənin bir çox şəhərlərində (Sumqayıt, Bakı, Gəncə) sakinlərə xidmət göstərir.
Paytaxtda fəaliyyət göstərən "Uber" taksi sürücülərindən bir neçəsi ilə ünsiyyətdə olduq. Məlum oldu ki, onlar işlədikləri şirkətin əslində kimə məxsus olduğunu bilmirlər.
Xatırladaq ki, Amerikanın San-Fransisko şəhərində 8 il əvvəl yaradılmış "Uber" layihəsi qısa müddətdə bütün Avropaya yayılıb. Avropanın bir neçə şəhərlərində rəsmi taksi sürücüləri smartfon və kompüter əlavəsi ilə işləyən "Uber" taksi xidmətinə qarşı etiraz da ediblər.
Qeyd edək ki, 2015-ci ildə Almaniyanın Frankfurt şəhər məhkəməsi "Uber" şirkətinin fəaliyyətini qismən qadağan edərək, onun törəmə "UberPop" xidmətini də 250 min avro məbləğində cərimə etmişdi. Hakim İoahim Nikel dinləmələrdə bildirib ki, "Uber" kommersiya nəqliyyat daşımaları haqqında Almaniya qanunlarını pozub. Səbəb kimi sürücülərin lazımi lisenziyalara malik olmaması qeyd edilmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm