Üç ölkənin naziri Bakıda anlaşdı
20:06 06.09.2017
Arxiv
567
Gələn il prezidentlərin sammiti keçirilə bilər
Dünən Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin VI görüşü keçirilib. Üçtərəfli və ikitərəfli təmaslardan sonra tərəflər arasında Bakı Bəyannaməsi qəbul edilib və 3 ölkə arasında əməkdaşlıq planı imzalanıb. Xarici işlər naziri Elmar Məmmədyarov ilk olaraq türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Nazir bəyan edib ki, iki qardaş dövlət arasında bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq var.
Onun sözlərinə görə, müxtəlif formatlarda keçirilən görüşlər ikitərəfli münasibətlərə mühüm töhfə verir. Görüş əsnasında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əhəmiyyəti, habelə Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın vacib rolu qeyd edilib. Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin tezliklə istifadəyə veriləcəyi qeyd olunaraq, bu layihənin region və onun hüdudlarından kənarda inkişafa və tərəqqiyə xidmət edəcəyi bildirilib. Eyni zamanda iki ölkənin nümayiş etdirdiyi qəti siyasi iradəyə uyğun olaraq, Trans-Anadolu (TANAP) layihəsinin də müəyyən olunmuş vaxt çərçivəsində icra olunacağına əminlik ifadə olunub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezidentlərə təklif vermək barədə razılığa gəliblər
Gələn il Türkiyə, Azərbaycan və Gürcüstan dövlət başçılarının sammiti keçirilə bilər. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. Nazirin sözlərinə görə, tərəflər görüş zamanı gələn il belə bir sammitin keçirilməsi üçün prezidentlərə təklif vermək barədə razılığa gəliblər.
"Nalbandyanla görüş razılaşdırılıb...”
XİN rəhbəri Elmar Məmmədyarov bildirib ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüş razılaşdırılsa da, hələlik konkret tarix və yer bilinmir: "Çox güman ki, yaxınlarda bununla bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən təklif alacağam. Böyük ehtimalla görüş BMT Baş Assambleyasının iclası çərçivəsində keçiriləcək. Bizim hansı sazişi müzakirə edəcəyimiz hamıya məlumdur. Yeganə lazım olan məsələ siyasi qərarın olmasıdır. Bu siyasi qərarın əsasında bizim həmişə vurğuladığımız kimi əsas şərt Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılmasıdır”.
Məmmədyarov gürcü həmkarı Canelidze ilə görüşüb
Görüş çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixeil Canelidze ilə bir araya gəlib. Canelidze ilk olaraq, Gürcüstanda baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində göstərilən dəstəyə görə, Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Bu dəstəyin iki dövlət arasında olan dostluq və mehriban qonşuluq münasibətlərinin parlaq göstəricisi olduğunu əlavə edib. Görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq, qarşılıqlı hörmət, biri-birlərinin daxili işlərinə qarışmamaq və mehriban qonşuluq prinsipləri əsasında strateji tərəfdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edilib. Həmçinin, nazirlər beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyü və suverenliyin dəstəklənməsinin vacibliyini bəyan ediblər. Görüşdə vurğulanıb ki, iki ölkə arasında əməkdaşlığın inkişafı enerji və nəqliyyat sahəsində irimiqyaslı, faydalı layihələrin həyata keçirilməsinə imkan yaradır.
"Münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıyıq”
Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze deyib ki, Azərbaycan və Gürcüstandakı münaqişələrlə bağlı beynəlxalq səylər gücləndirilməlidir. Gürcü nazirin sözlərinə görə, Gürcüstan münaqişələrin sülh yolu və ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə tərəfdardır: "Gürcüstan, Azərbaycan və Türkiyə nümunəvi siyasi, ticari, iqtisadi, insanlararası münasibətlərə nail olublar. Bu, həm də xalqlar arasında öz əksini tapır. Üç ölkənin birgə layihələri təkcə Gürcüstan, Azərbaycan və Türkiyənin marağını əks etdirmir, eyni zamanda nəqliyyat və enerji sahəsində böyük layihələrin iştirakçısıyıq. Bu layihələr isə regionun sabitliyinə və inkişafına təkan verir. Biz Bakı-Tiflis-Qars dəmiryolunun açılmasını səbirsizliklə gözləyirik”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq