Ukrayna Rusiyadan HESABAT TƏLƏB EDİR




Ukrayna Rusiyadan MH17 təyyarəsinin vurulmasına görə, hesabat istəyir".

Sherg.az "Lefigaro.fr"ə istindən xəbərinə görə, Ukrayna prezidenti Petro Poroşenk qeyd edib ki, Rusiya  "Malaysia Airlines" təyyarəsinin Ukrayna ərazisində vurulmasına görə, cavab  vernəlidir. 

Çünki bu hadisə nəticəsində 298 nəfər düyasın dəyişib: 

"Olay  Rusiya təcavüzü nəticəsində baş verib Və həmin təyyarə Rusiyaya məxsus "BUK" raketlə vurulub. Ona görə də hesab edirəm ki, Rusiya bu terrorçu və cinayətkar əməlinə cavab verməldir". 

Qeyd edək ki, beynəlxalq təhqiqatçılar 2014-cü ildə Ukraynanın şərqində qəzaya uğramış Malayziya sərnişin təyyarəsinin Rusiyadan Ukraynaya gətirilmiş raketlə vurulduğunu təsdiqləyib.

Təhqiqatçılar qrupunun rəhbəri Uilbert Paulissen deyib ki, dəlillər daha əvvəl Hollandiya Təhlükəsizlik İdarəsi tərəfindən aparılan təhqiqatın nəticələrini təsdiqləyib.

"Cinayət təhqiqatının nəticəsindən belə məlum olub ki, 2014-cü il iyulun 17-i MH 17 təyyarəsi 9-M-83-38 seriyalı raketlə Buk zirehli maşınından vurulub. Bu növ zirehli maşın isə Rusiya Federasiyasının ərazisindən gəlib” -deyə Uilbert Paulissen bildirib.

Təhqiqatçılar raketin Rusiya-tərəfdarı separatçıların nəzarətində olan ərazidən atıldığını bildirib.

Bununla belə Rusiya bildirib ki, radarlar Ukraynanın şərqində separatçıların nəzarətində olan ərazidən raketin atıldığını qeydə almayıb.

Amsterdamdan Kuala Lumpura uçan təyyarədə olan 298 sərnişin hadisə nəticəsində həlak olub.

Tərcümə etdi: Ayyət ƏHMƏD