
“Ukraynadakı seçki iki oliqarxın mübarizəsidir,Zeliniski sadəcə şoumenlik edir”
12:44 02.04.2019
Arxiv
705
"Ukraynada keçirilən seçkilərin ikinci turunda şoumen Vladimiriv Zelinskinin ikinci turda Pyotr Poroşenkoya qalib gəlməsi mümkün görünmür”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, Poroşenkonun rəqibi olan İqor Kolomoyskiyinin maliyyə və siyasi dəstəyi ilə seçkilərə qatılan Zelinski əslində Kolomoyskiynin siyasi hakimiyyəti üçün çalışır:

"Əgər, Zelinski prezident seçilərsə, Kolomoyskiy ölkənin "Boz kardinalı” olaraq Gürcüstana president tətbiq edəcək. Uzun müddət dövləti idarə edərək, "Maydan siyasiləri”ni neytrallaşdıracaq. Həmçinin, özünün təyin etdiyi şəxsləri hakimiyyətə gətirib, istədiyi vaxt uzaqlaşdıracaq. Bu planları reallaşdırmaq üçün parlement idarə üsuluna gedə bilər. Bu qüvvələrin hakimiyyəti Ukraynanın zəifləməsinə və Rusiya qarşısında müvazinətini itirməsinə səbəb olar. Poroşenko adminstrativ resurslardan tam istifadə edərək Kolomsoyskinin onun hakimiyyətinə son verməyinə imkan tanımayacaq. Bu seçki iki oliqarxın mübarizəsidir və Zeliniski sadəcə ortada şoumenlik edir”.
Ekspertin fikrincə, hazırda Ukrayna işğalla mübarizə aparır:
"Yeni müharibə istisna edilmir. Bu kimi problemlər fonunda siyasi təcrübəsi olmayan şəxslərin hakimiyyətə gəlişi dövlət aparatının zəifləməsinə gətirəcək, ölkədə yenidən siyasi inqilabların yetişməsinə, xüsusən Rusiyanın ölkə daxilində siyasi proseslərdə öz adamları hesabına mövqeyinin güclənməsinə səbəb olacaq. Pyotr Poroşenko ikinci turda bir qədər inkişaf etmiş Ukrayna dövlətçiliyini qorumasa, ölkə şoemen və intiriqalı oliqarxiyanın nəzarətinə keçəcək. Ukrayna GUAM üzvü olaraq regional təşkilat çərçivısində Azərbaycanın strateji tərəfdaşıdır. Ukraynada seçkilərdən sonra GUAM-ın fəaliyyətini inkişaf etdirmək və bu təşkilatın NATO ya inteqrasiyasını aparmaq geosiyasi şərtlər daxilində zərurətə çevrilib. Ona görə də Ukraynada Poroşenkonun hakimiyyətdə qalması regional şərtlərin lehinədir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi