Ukraynalılar gənc yumoristi prezident seçir?...
13:04 21.03.2019
Arxiv
487
Ukraynada prezident seçkisinə 10 gün qalıb. Gənc yumorist artist Vladimir Zelenski reytinqlərdə birincidir. Ukraynada prezident seçkisində ikinci tur qaçılmazdır.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Zelenskinin ikinci tura çıxacağı şübhə doğurmur:
"Zelenskidən başqa iki namizədin ikinci tura çıxmaq şansı böyükdür. Biri hazırki dövlət başçısı Pyotr Poroşenko, o birisi isə müxalifət liderlərindən Yuliya Timoşenkodur. Bakıda Qlobal Foruma gələn Ukrayna XİN-nin yüksək rütbəli diplomatıyla (nazir üçün analitik hesabatlar hazırlayır) tədbirdən kənarda geniş söhbətimiz oldu. Onun proqnozuna görə, ikinci tura Zelenski və Poroşenko çıxsa, hazırki dövlət başçısı qələbə çalacaq. Görünür, Poroşenko "xalq qos-qoca dövləti artistə etibar etməz” prinsipini əlində rəhbər tutaraq ikinci turda o biri namizədlərin elektoratını öz tərəfinə çəkə biləcəyini düşünür.
"Bəs Zelenski qələbə çalsa, Ukraynada nələr olacaq” sualıma isə maraqlı cavab aldım. Belə ki, Ukraynada yarızarafat, yarıciddi deyirlər ki, Zelenski qələbə çalsa, oktyabrdakı parlament seçkilərinə kimi prezident kürsüsünü itirməsə, yaxşıdır”.
Politoloq vurğulayıb ki, ukraynalı diplomat yanılmır: "Ukrayna cəmiyyəti hansısa siyasətçiyə inanaraq onu bəh-bəhlə hakimiyyətin yuraxı kürsüsündə otuzdurur, ancaq qısa müddətdə də ondan üz çevirərək yerin dibinə vurur. Bu, həm Ukraynadakı demokratiyanın səviyyəsini, həm də insanların dəyişkən ruhunu göstərir. Mən də o fikirdəyəm ki, mövcud siyasətçilərdən bezən ukraynalılar çaşıb şoumeni prezident seçsə, az sonra ondan üz döndərəcəklər və 5-6 ay sonra Zelenskinin reytinqi sıfırlanacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
09:13 22.05.2026
İqtisadiyyat
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir
09:05 22.05.2026
Region
“İçində kişi olmayan bir serial tapacam”
08:48 22.05.2026
Şou
"Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirilib
07:51 22.05.2026
Region
40 yaşa çatmamış bu qidaları yeməyə başlayın
07:17 22.05.2026
Maraqlı
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət