Ukraynanın ən çox ət satdığı ölkələr arasında Azərbaycan 5-cidir
20:56 01.03.2018
Arxiv
890
2017-ci ildə Ukraynadan Azərbaycana ət ixracı 2,7 dəfə artaraq 37,8 milyon dollar təşkil edib.
Trend-in məlumatına görə, bunu "Aqrar İqtisadiyyat İnstitutu" Milli Elmi Mərkəzinin direktoru, Ukrayna Milli Aqrar Elmlər Akademiyasının müxbir üzvü Nikolay Puqaçev deyib.
O qeyd edib ki, hesabat dövründə Azərbaycan Ukraynadan ət məhsullarının idxalı üzrə beşliyə daxil olub.
İlk yerdə Niderland (80,5 milyon dollar), ikinci - Misir (69,4 milyon dollar), üçüncü - İraq (51,2 milyon dollar), dördüncü sırada isə Belarus (49,6 milyon dollar) qərarlaşıb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycanla Ukrayna arasında əmtəə dövriyyəsi ötən il 810 milyon dollar təşkil edib. Bunun yarıdan çoxu Ukrayna məhsullarının Azərbaycana idxalının payına düşür - 460 milyon dollar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət