Ürək xəstələrinin sosial şəbəkələrdə həyəcanlı videoları izləməsi təhlükəlidir
14:10 12.01.2019
Arxiv
322
Stres normasını aşdıqda "partlayış"a gətirib çıxarır
Son zamanlar ürək xəstələri, infarktların sayının artmasında sosial medianın rolu danılmazdır. Sosial şəbəkələrdə aktivliyi artırmaq, daha çox izləyici əldə etmək üçün bəzən qorxu videoları paylaşılır. Lakin mütəxəssislər bildirir ki, bu cür paylaşımlar xüsusi qrup insanlar üçün müəyyən risk yarada bilir. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, qorxu videoları ürək xəstələri üçün böyük risk yarada bilir. Mütəxəssislərin məlumatına görə, xüsusən də ürək xəstəsi olduğunu bilməyən şəxslər üçün bu cür paylaşımlar sağlamlıq cəhətdən böyük təhdid hesab edilir.
"Zamanla yanaşı xəstəliklərin yaşı da dəyişib. Yaşadığımız həyat tərzi insanı yorur, gərginləşdirir. Artıq həyatımız bir qəlibdən ibarət olmağa başlayıb. Bu qəlib sırasında sosial şəbəkə həyatımızda mühüm yer tutur. Lakin bəzən burada yayımlanan videolar ürək çırpıntısı artıraraq risk yarada bilir. Xüsusən də qorxu videoları ürəkdə ciddi fəsadlar yarada bilir" – deyə türkiyəli həkimlər bildirib. Həkimlər belə iddia edir ki, son zamanlar ürək xəstələri, infarktların sayının artmasında sosial medianın rolu danılmazdır.
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, kardioloq Firdovsi İbrahimovun "Şərq”ə açıqlamasına görə, ürəyində problemi olan insanlar qorxulu, həyəcanlı videolara, filmlərə baxdıqda onlar stresə düşür və təzyiqləri artır. Hətta bu cür videolar insanlarda asılılıq yaratdığı üçün onların istirahət və qida rejimi də pozulur.
Sosial mediada paylaşılan videoların, statusların patalogiyası olan insanlar üçün tövsiyyə olunmadığını vurğulayan kardioloq deyib ki, əks halda onların patalogiyası daha da şiddətlənəcək. Ürək xəstələrinə və emosional insanlara bu cür videolara baxmaq tövsiyə olunmur: "İnfarktların bir çoxu səhər tezdən olur. Buna səbəb isə erkən saatlarda stres hormonlarının yüksəlməsi, bədənin gərginləşməsidir. Bu gərginliyin üzərinə də hansısa qorxulu film izləmək ciddi ürək xəstəliyi, bəzən də ölüm riski yaradır. Bədən gün ərzində alacağı müəyyən həddə stres normasını aşdıqda "partlayış"a gətirib çıxarır və sağlamlıqla bağlı çox ciddi fəsadlar yaradır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət