Uşaqları qızmar istidən necə qoruyaq? – PEDİATR YOL GÖSTƏRDİ
09:02 03.07.2017
Arxiv
521
Bir neçə gündür yay əsl üzünü göstərir. Dözülməz istilər artıq başlayıb. Hər kəs qızmar havalardan necə qorunacağı ilə bağlı müxtəlif çarələr düşünür. İstiyə dözmək böyük şəxslər üçün asandır. Bəs azyaşlıları qızmar yay günlərində istidən necə qoruyaq?
Ailem.az-ın məlumatına görə, pediatr Vaqif Qarayev bununla bağlı valideynlərə öz məsləhətlərini verib. O bildirib ki, uşaqları istidən qorumaq üçün bəzi qaydalara əməl etmək lazımdır: "Xüsusən də südəmər yaşlı uşaqlar istiyə dözümsüz olurlar. Onları əvvəlki vaxtlara nisbətən daha tez-tez əmizdirmək lazımdır. Süd verən ananın çoxlu su qəbul etməsi məsləhətdir.
Əgər uşaq süni qida alırsa, adi qaynanmış su da vermək olar. Körpənin geyimləri təbii parçadan, yüngül olmalıdır. Təkcə bir uşaq bezində və ya qısa tumanda olsa daha yaxşıdır. Körpənin olduğu otaqda hava tez-tez dəyişdirilməlidir”.
Həkimin sözlərinə görə, böyük yaşlı uşaqlara adi qaynadılmış su verilməlidir. Qazlı su isə qətiyyən olmaz: "Uşağın tərləməsi yaxşıdır, çünki bununla istilik bədəndən xaric olur. Amma orqanizmə əlavə fiziki yük vermək düzgün deyil. Tez-tez sərin su ilə çimizdirilməsi məsləhətdir. Rütubət təmin olunmalıdır. Uşaqların paltarları açıq rəngli təbii parçalardan, "nəfəs alan" olmalıdır. Geyim uşağın sərbəst hərəkətinə mane olmamalıdır”.
V.Qarayev deyir ki, saat 11.00-17.00 arası uşaq açıq havada olmamalıdır. Günəşdən qorunmaq üçün parfüm əlavəsi olmayan müxtəlif qoruyucu krem və losyonlardan istifadə etmək olar. Amma evə gələn kimi bədən bu vasitələrdən təmizlənməlidir. O ki qaldı qidalanmaya, qida rasionunda daha çox meyvə-tərəvəzə üstünlük verilməlidir. Ət yeməklərini isə məhdudlaşdırmaq məqsədəuyğundur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya