
Valideynlər son illər qəddarlaşıb
19:47 15.09.2016
Arxiv
499
“Uşağın qurbanlıq kəsməsinə dinimiz qəti icazə vermir. Bunun da səbəbləri var”Hətta dinimizdə bir insanın ömrü boyu qəssab, yaxud buğda-arpa satan olması məkruhdur, bəyənilmir. Bu ona görə belədir ki, bir insan uzun illər qəssab işləyərsə, o şəxsdə getdikcə mərhəmət hissi azala bilər, baş kəsmək,

Atanın kiçik yaşlı uşağın əlinə bıçaq verib qurbanlıq kəsdirməsini əks etdirən videonun yayılması ictimaiyyətdə qınaqla qarşılanıb. Dinimizin qaydaları ilə az-çox tanış olanlar qurbanlıq heyvana əziyyət verilməsinin qəbuledilməz olduğunu bilir. Amma bu videoda aşkar görünür ki, ata azyaşlı uşağının əlinə bıçaq verib qurbanlıq heyvanı kəsməyə məcbur edir, uşaq isə həm naşı, həm də məhz uşaq olduğu üçün işi bacarmır.
Valideynlərimiz də son illər qəddarlaşıb. Xatırlayırsınızsa, bir müddət öncə bir ata oğlu ilə dalaşmış uşağı bıçaqlamışdı. Belə ataya nə deyəsən?! İndi də özünü "müsəlman” hesab edən birisi kiçik yaşlı uşağı heyvan - həm də qurbanlıq heyvan kəsməyə məcbur edir.
Məsələ ilə bağlı fikirlərini "Şərq”lə bölüşən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, ilahiyyatçı Hacı Fuad Nurullayev bildirdi ki, qurbanlıq heyvanın kəsilməsi üçün həddi-buluq yaşı mütləqdir:
- Qurbanlıq heyvanı yalnız həddi-buluğa çatmış şəxs kəsə bilər. Qurbanlığın kəsilməsinin vacib, haram, bəyənilən və bəyənilməyən cəhətləri var. Məsələn, bəyəniləndir ki, qurbanlığı kişi xeylağı kəssin. Kişi olan yerdə, qadın kəsməsin. Amma əgər bir evdə kişi xeylağı yoxdursa, dinimiz icazə verir ki, bu halda qadın heyvan kəssin. Burada da əsasən söhbət ev quşlarından gedə bilər. Ancaq xırda və iribuynuzlu heyvanların kəsilməsi üçün kişilərə üstünlük verilir. Amma uşağın qurbanlıq kəsməsinə dinimiz qəti icazə vermir. Bunun da səbəbləri var. Birincisi budur ki, uşaqlara kiçik yaşlarından şəfqət, mərhəmət hissləri daha çox aşılanmalıdır. Hətta buyurulur ki, heyvan kəsilərkən kiçik yaşlı uşaqların orada olmasına icazə verilməsin, uşaqlar heyvan kəsilməsini seyr etməsinlər. Çünki heyvanın başının kəsilməsi uşaq dünyagörüşü baxımından başqa mənalar verə bilər. Uşaqlarda baxış müxtəlifliyi yaranar. Hətta belə hadisələr olub ki, bir uşaq böyüklərin heyvan kəsdiklərini görəndən sonra əlinə bıçaq alıb evdə kiçik yaşlı uşağın başını az qala kəsirmiş. Yəni, uşaqlar heyvan kəsiləmsinin mahiyyətini düzgün anlamaya, bu hadisənin səbəb və məqsədini qavramaya bilər. Amma həddi-buluq yaşına çatmış şəxslərin qurbanlıq kəsməsində heç bir sıxıntı yoxdur. İslam dini insanların mərhəmət hissi ilə tərbiyələnməsinə xüsusi önəm verir. Dinimizdə bir insanın ömrü boyu qəssab, yaxud buğda-arpa satan olması məkruhdur, bəyənilmir. Bu ona görə belədir ki, bir insan uzun illər qəssab işləyərsə, o şəxsdə getdikcə mərhəmət hissi azala bilər, baş kəsmək, qan tökmək o şəxs üçün adiləşə bilər. Eləcə də buğda, arpa, un satan, əgər ömrü boyu bu işlə məşğul olarsa, yarım kiloqram buğdaya ehtiyacı olan, ehtiyac səbəbindən ona əl açan birisini sırf ticarət maraqları baxımından əliboş qaytarar. İnsanda baş verə biləcək dəyişiklikləri nəzərə alaraq islam dini qəssabların, buğda, un ticarətçilərinin bir müddət sonra bu işi tərk etmələrini məsləhət görür. Belə olan halda, şəriət uşağın heyvanın boğazını kəsməyə məcbur edilməsini heç cür qəbul edə bilməz. Dinimiz hətta heyvanlara əziyyət edilməməsini, heyvanın başqa bir heyvanın yanında kəsilməməsini buyurur. Bunlar hamısı islam dininin şəfqət və mərhəmətliyindən irəli gəlir.
H.F.Nurullayev kiçik yaşlı uşağın qurbanlıq kəsməyə məcbur edilməsi görüntüsünün sosial şəbəkələrdə yayılmasının da qəbuledilməz olduğunu dedi:
- İnsanlar daha bilmirlər nə etsinlər... Əxlaqa, mənəviyyata, dinə zidd məsələləri yayırlar. İnsanlar, xüsusən də valideynlər belə məsələlərdə gərək həssas olsunlar. İnternet, sosial şəbəkələr həyatımıza daxil olub. Amma gərək valideynlər uşaqlara diqqət etsin, onların zərərli informasiyalar almasına imkan verməsinlər.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm