Əmək və əhalinin sosial müdafiəsi naziriliyininin ünvanlı dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi istiqamətdə keçirdiyi islahatları dəyərləndirən iqtisadçı ekspert Elçin Bayramlı "Sherg.az"a açıqlamasında ÜSY sahəsində həqiqətən də ciddi problemlər və haqsızlıq hallarının olduğunu qeyd edib. Onun sözlərinə görə, əsas problem bəzi ailələrdə əməkqabiliyyətli şəxslərin olması deyil:
"Varlı ailələrə rüşvət müqabilində sosial yardım təyin olunur" - Narazılıq yaranır
10:34 06.08.2018
Arxiv
1735
Ünvanlı Sosial Yardım (ÜSY) alan ailələrin 40 faizinin tərkibində əmək qabiliyyətli insanlar var. Bu fakt ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılan İşçi Qrupun araşdırmaları zamanı aşkar olunub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev eyni zamanda ünvanlı dövlət sosial yardım mexanizminə neqativ təsir edən hallar aşkar edilərək onların aradan qaldırılması, vətəndaşlarda narazılıq yaradan belə hallara yol vermiş əməkdaşlarla bağlı inzibati tədbirlərin görülməsi istiqamətlərdə müvafiq işlər aparıldığını deyib. Onun sözlərinə görə, sosial yardım almaq üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin şəffaf şəkildə təşkili, həmin müayinəni həyata keçirən əməkdaşların fəaliyyətinə nəzarətin gücləndirilməsi və s.. kimi işlər hazırda da davam etdirilir.
Əmək və əhalinin sosial müdafiəsi naziriliyininin ünvanlı dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi istiqamətdə keçirdiyi islahatları dəyərləndirən iqtisadçı ekspert Elçin Bayramlı "Sherg.az"a açıqlamasında ÜSY sahəsində həqiqətən də ciddi problemlər və haqsızlıq hallarının olduğunu qeyd edib. Onun sözlərinə görə, əsas problem bəzi ailələrdə əməkqabiliyyətli şəxslərin olması deyil:"Nə olsun əmək qabiliyyəti var, amma faktiki işsizdir. Əsas problem odur ki, ehtiyacı olmayan, hətta varlı ailələrə də rüşvət müqabilində yardım təyin olunma halları var. Bununla bağlı mətbuatda yüzlərlə fakt işıqlandırılıb. Bundan başqa, ehtiyacı olan ailələr var ki, müxtəlif bəhanələrlə yardımla təmin olunmayıb.
Yeni nazir sosia sahədə ciddi işlərə başlayıb. Yaxşı olar ki, komissiyalar təşkil olunsun, şikayəti olan vətəndaşlar bir-bir qəbul edilsin, vəziyyət araşdırılsın. Dövlətimiz bu sahəyə xeyli vəsait ayırır, lakin hansısa məmurların ucbatından bu vəsaitlər düzgün paylanmır və sosial narazılıq yaranır. Bu əməllərlə məşğul olanlar çox ciddi cəzalandırılmalıdır. Ümidvaram, tezliklə bu sahədə problemlər aradan qaldırılacaq, ÜSY-nin təyin olunmasında şəffaflıq və sadələşmiş prosedur tətbiq olunacaq”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə