Vaşinqton onsuz da siyasətini dəyişən deyil
12:37 20.03.2019
Arxiv
586
Türkiyə Rusiya ilə “S 400” raketlərinin alınması barədə müqavilədən geri çəkilməyəcək
Rəsmi Vaşinqtonun Türkiyənin Rusiyadan "S-400” zenit raket kompleksləri alması səbəbi ilə gündəmə gətirdiyi "F-35” şantajlarına Avropadan sərt reaksiya gəlib. Fransanın müdafiə naziri Florence Parli Amerika Birləşmiş Ştatların "F-35" qırıcıları ilə bağlı sanksiya təhdidlərinin yanlış olduğunu dilə gətirib:
"Mən NATO-nun həmrəyliyinin bu və ya digər silahlarla təhdid olunmasına görə narahatam. Alyans qeyri-şərtsiz olmalıdır, əks halda bu, alyans ola bilməz. NATO-nun həmrəyliyi "F-35"-lərə deyil, 5-ci maddəyə əsaslanır”. Məlumat üçün deyək ki, martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar, Rusiyadan "S-400" alarsa, Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb. Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə "S-500" zenit raket komplekslərinin alınmasına dair müqavilənin bağlanmasını istisna etməyib. Türkiyə lideri vurğulayıb ki, "S-400" zenit raketləri ilə bağlı müqavilə artıq bağlanıb və geri addım atıla bilməz: "Hər şey razılaşdırılıb - kredit şərtlərindən birgə istehsala qədər. İmzalar atılıb, geri addım atıla bilməz. Bu, əxlaqsızlıq olardı. Ümid edirəm ki, biz "S-400"-ün ilk partiyasını iyulda alacağıq. Ola bilsin ki, "S-400"-lərdən sonra biz "S-500"-lərlə bağlı variantları nəzərdən keçirdik”.
Tərəflər arasındakı gərginliyi və uzun zamandır baş tutmayan anlaşmanı "Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Türkiyə-ABŞ arasında yaşanan "S 400” raketləri ilə bağlı problem iki ölkə arasında siyasi-hərbi əməkdaşlıqda müəyyən suallar ortaya çıxarır:
"İlk növbədə Türkiyənin hüququdur ki, digər ölkələrdən öz müdafiə qabiliyyətinin gücləndirilməsi üçün silahlar tədarük etsin. NATO üzvü olan Türkiyənin havadan müdafiə sisteminin qurulması üçün dəfələrlə Vaşinqtona müraciət edilsə də, ABŞ "Patriot” raket komplekslərini Türkiyəyə satışını həyata keçirməyib. Ankara məcbur qalıb Rusiya ilə "S 400” raketlərinin alışı barədə silah müqaviləsi bağlaması Vaşinqtonu narahat edirsə, bu onların öz yanlış siyasətinin nəticəsidir. Hesab edirəm ki, Ankara vaxtında qərar qəbul etdi. Bu silahların idxalı yayda həyata keçiriləcək. Vaşinqton bildirir ki, sanksiyalar həyata keçirəcək və "F 35” təyyarələrinin, digər silahların satışını dayandıracaq. İlk növbədə bu NATO çətiri altında Türkiyəyə qarşı müttəfiqlik əlaqələrinə zərbədir. NATO üzvü olan Yunanıstan da Rusiyadan "S 300” raket kompleksləri alıb. Amma Afinaya buna görə heç bir sanksiya tətbiq edilməyib. Görünür, Türkiyənin müdafiə qabiliyyətini inkişaf etdirməsi, Yaxın Şərqdə aparıcı və söz sahibi olması digər oyunçu ölkələri narahat edir”.
Analitikin sözlərinə görə, Türkiyə Rusiya ilə "S 400” raketlərinin alınması barədə müqavilədən geri çəkilməyəcək: "Onsuz da Türkiyə Rusiya ilə müqaviləni dayandırsa, Vaşinqtonun Türkiyəyə qarşı siyasəti dəyişməyəcək. Çünki Türkiyə müstəqil siyasət həyata keçirir və bu da okeanın o tayında narahatlıq yaradır. "S 500” raketlərinin alışı barədə də müqavilə imzalana bilər. Hesab edirəm ki, bu silah müqaviləsi ABŞ-Türkiyə əlaqələrinə zərbə vuracaq. Onsuz da ABŞ Türkiyə əleyhinə olan, PKK-nın qolu sayılan YPG-ni silahlandırır. Suriya da Türkiyənin siyasətinə qarşı çıxır. Amerika Türkiyə ilə körpüləri yandırmaq istəmir. Türkiyə heç vaxt NATO-dan çıxmayacaq. Əgər çıxarsa, NATO bir siyasi-hərbi ittifaq kimi regionda öz mövcudluğunu itirə bilər. Məncə, ABŞ sonda Türkiyə ilə hesablaşacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi