Vaşinqtonda da sülh göyərçini uçmadı
07:42 22.06.2019
Arxiv
738
Elmar Məmmədyarov vurğulayıb ki, ən vacib məsələ hərbçilərin kazarmalara qaytarılmasıdı
Ötən gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. 3 saatlıq görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri, həmçinin qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər. Görüşdən sonra XİN rəhbərləri jurnalistlərin suallarını cavablandırıblar. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüş zamanı "intensiv” danışıqların aparıldığını qeyd edərək, həmsədrlərin daha məzmunlu danışıqlar üçün əlavə sənədlər təqdim etdiyini söyləyib.
O, son vaxtlarda təmas xəttində hərbi durumun gərginləşməsinin xoşagəlməz hal olduğunu bildirərək, eyni zamanda danışıqların davam edəcəyinə əminliyini ifadə edib: "Detallarda bəzi fikir ayrılıqları var idi, ancaq müzakirələrin əsas məğzi də məhz detallardır. Biz dərk edirik ki, daha çox siyasi iradə nümayiş etdirməliyik. Hətta təmas xəttindəki vəziyyət yekunda bəyannamə, yaxud sülh müqaviləsinə doğru irəliləyişə mane olmamalıdır”.
E.Məmmədyarov indiyədək tərəflər arasında etimadı gücləndirməyə yönəlik bir sıra mübadilələrin həyata keçirildiyinə diqqət çəkib. O, problemin həlli istiqamətində bəzi ilkin addımların atılmasının əhəmiyyəti haqqında danışıb: "Ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtmasıdır. Hərbçilərin kazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq. Vəziyyətin normallaşdırılmasından danışanda digər vacib məsələ Parisdə və Moskva görüşlərimizdə danışdığımız kimi, biz əhalini sülhə hazırlamalıyıq”.
Görüşün nəticələrini "Şərq”ə dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Vaşinqton görüşü ilə bağlı nikbin notların az olduğunu bəyan edib:
"Nazir açıqlamasında bir neçə dəfə "fikir ayrılıqları” ifadəsini işlədib. Azərbaycan xarici işlər nazirinin açıqlamasından o da məlum olur ki, həmsədrlər danışıqlar prosesində nəsə əlavə sənədlər təqdim ediblər. E.Məmmədyarov həmin sənədlərin nədən ibarət olduğunu açıqlamır, ancaq güman etmək olar ki, təkliflər atəşkəsin qorunmasının mexanizmlərinə aiddir. Çünki son günlər cəbhə bölgəsində artan gərginlik həmsədrləri ciddi narahat edir və onlar bu gərginliyin azaldılması yollarını axtarırlar. Nazirin açıqlamasında belə bir anlaşılmaz məqam da var:
"Ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtmasıdır. Hərbçilərin kazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq. Biz əhalini sülhə hazırlamalıyıq”. Əhali sülhə mərhələli həll planı işə düşəndən sonra hazırlanmalıdır.
Bu olmadan Elmar Məmmədyarovun təbirincə desək, "hərbçilərin kazarmalara qayıtması” Azərbaycanın milli və təhlükəsizlik maraqlarına ziddir. Müdafiə naziri Zakir Həsənov bir neçə gün əvvəl açıqlamalarında haqlı olaraq bunun tərsini deyir, işğalçıya təzyiqin artırılması vacibliyindən danışırdı. Elə Azərbaycan ordusunun hərbi təlimlərinin sayının artırılmasının məqsədi də budur”.
Analitikin sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vaşinqton görüşünün yekunlarına dair birgə bəyanatı Azərbaycan XİN-nin bəyanatından və Elmar Məmmədyarovun səsləndirdiyi fikirlərdən fərqlidir: "Məsələn, həmsədrlərin bəyanatında Elmar Məmmədyarovun vurğuladığı hansısa sənəddən söz açılmır. Əksinə, həmsədrlərin bəyanatında Azərbaycanın maraqlarına zidd məqam var. Məsələn, həmsədrlərin bəyanatında belə bir cümlə var:
"Təmas xətti və beynəlxalq sərhədlər boyunca snayperlərdən istifadə və mühəndis qurğularının quraşdırılması kimi əməllərdən çəkinməyə çağırıblar”. Biz təmas xəttində fəal olmasaq və ya snayperlərimiz işlərini görməsələr, işğalçıya necə təzyiq edəcəyik? Snayperlərin geri çəkilməsi maraqlarımıza xidmət etmir.
Yeri gəlmişkən, Vaşinqton görüşündən bir gün sonra Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. Beləliklə, Vaşinqton görüşündə nəticə əldə olunmayıb. Yeganə nəticə 19 il aradan sonra görüşün ABŞ-da təşkil olunmasıdır.
Ancaq bu, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşması anlamına gəlmir. Vaşinqton sadəcə bununla Rusiyaya mesaj göndərdi ki, Cənubi Qafqazda Amerikanın maraqları var. Bunun münaqişənin həllinə birbaşa təsiri olmasa da, ABŞ-ın Cənubi Qafqazda varlığını göstərməsi Azərbaycanın da maraqlarına uyğundur”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət