Vəkilliyə qəbulda müxaliflər qəsdən kəsilir? - Sədrdən AÇIQLAMA
08:19 06.06.2018
Arxiv
330
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov vəkilliyə qəbulla bağlı müsabiqədə, xüsusən müsahibə mərhələsində müxalif görüşlü hüquqşünasların qəsdən kəsilməsi, onlara məqsədyönlü maneələr yaradılması barədə iddialara münasibət bildirib.
APA-nın məlumatına görə, A.Bağırov deyib ki, Vəkillər Kollegiyası hər zaman bu yöndə hər hansı iddiaya münasibətini bildirir.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri tam məsuliyyətlə vəkilliyə qəbul zamanı heç bir ayrı-seçkiliyə yol verilmədiyini vurğulayıb: "İmtahanlarda kəsilənlər sırasında dövlət qulluğunda olanlar da, hakim Yeni Azərbaycan Partiyasının üzvləri də var. Belə olan halda bunu necə izah edirlər?
Biz vəkilliyə qəbulla bağlı müsabiqə zamanı kiminsə partiya mənsubiyyətini, yaxud dini mənsubiyyətini yoxlamırıq. Tələblər qanunla müəyyən olunub və biz o tələblərə uyğun sənədləri qəbul edirik. İnsanların hər hansı partiya, dini mənsubiyyəti və digər amillər bizim üçün hər hansı əhəmiyyət kəsb etmir. Tam məsuliyyətlə bildirirəm ki, kəsilənlər sırasında Yeni Azərbaycan Partiyasına mənsub insanlar azlıq təşkil etmir. Bunların sırasında başqa partiyaların da üzvləri ola bilər, var da.
Yeri gələndə, Yeni Azərbaycan Partiyasının üzvləri də kəsilməklə bağlı şikayətlər eldirlər. Vəkilliyə qəbulla bağlı müsabiqədə hər hansı ayrı-seçkilik ola bilməz. Bu iddialar uydurma, böhtandır. Təbii ki, imtahanda kəsilən adam zəif cavab verdiyini söyləməyəcək, min bir səbəb gətirəcək. Təəssüf ki, insanlarda bu problem var, biz bunu görürük və lazımi reaksiya göstəririk".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol