Vətəndaş birbaşa prezidentini seçə bilmir
09:35 01.11.2016
Arxiv
426
Amerika cəmiyyəti toplum olaraq seçki prosesindən kənarda qalıb
"Amerika Birləşmiş Ştatlarının digər ölkələrin daxili işinə müdaxilə etməsi, demokratiya dərsi verməsi qəbuledilməzdir”. Bunu "Şərq”ə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.
Özünü "demokratik” dövlət kimi qələmə verən "supergücün” seçki şousuna münasibət bildirən E.Mirzəbəyli bildirib ki, ABŞ-ın müvafiq dövlət qurumları nəinki ayrı-ayrı ölkələrdə baş tutan seçki proseslərinə, eyni zamanda seçki qanunvericiliyinə də mütəmadi olaraq müdaxilə edirlər: "Amerikanın bugünə qədər öz federal seçki qanunvericiliyi yoxdur. Yalnız konstitusiyada bir neçə maddə var. Ümumiləşdirilmiş imzalar mövcuddur ki, onlar da seçkinin təməl prinsiplərini özündə ehtiva etmir. Ayrı-ayrı ştatların seçkilərlə bağlı öz qanunvericilikləri var. Bu qanunvericilik aktları biri-biri ilə uzlaşmır və müəyyən ziddiyyətlər yaradır. ABŞ-da vətəndaşın birbaşa səs vermək, prezident seçmək hüququ yoxdur. Vətəndaş yalnız 50 ştat və bir federal dairə üzrə 538 nəfərlik Seçicilər Kollegiyasını seçir. Seçicilər Kollegiyası da öz növbəsində prezidenti təyin edir. Yəni Kollegiya öz maraqlarına, ayrı-ayrı şəxslərin mənafeyinə uyğun olaraq prezident seçkisinə təsir edir. Amerika cəmiyyəti toplum olaraq seçki prosesində birbaşa iştirak etmir”. E.Mirzəbəyli bildirib ki, qanunvericilikdə yalnız ştatlar üzrə Seçicilər Kollegiyasının namizədlərinin irəli sürülməsi və seçilməsi nəzərdə tutulduğu və seçildiyi halda ABŞ-da ştat olmayan xeyli sayda ərazi var: "Həmin ərazilərdə yaşayan insanların ümumiyyətlə seçkidə iştirak etmək hüquqları yoxdur. Nəzərinizə çatdırım ki, 1961-ci ilə qədər Vaşinqton hansısa ştata, federal dairəyə daxil olmadığı üçün orada yaşayan insanların seçki hüququ olmayıb. Yəni bu cür qüsurlu seçki hüququ olan bir ölkənin ayrı-ayrı dövlətlərə qarşı seçki ittihamı irəli sürməsinin təbii ki, heç bir əsası yoxdur. Bütövlükdə seçki prosesinə nəzər yetirdikdə, həm sadaladığım seçki ziddiyyətlərindən qaynaqlanan, həm də bütövlükdə ABŞ siyasi sisteminin mahiyyətini ifadə edən bir çox məqamlara rast gəlirik”. Ekspertə görə, seçkilərdə 7 namizəd var. Ancaq siyasi sistemi monopoliyaya almış respublikaçıların və demokratların mübarizəsi nəzərə çarpır: "Digərləri ümumiyyətlə gündəmdə və meydanda yoxdur. ABŞ mediası da digər namizədlərlə bağlı heç nə yazmır. Donald Trampı və Hillari Klintonu gündəmə daşıyan KİV-lərin nisbəti isə təxminən 147-nin 2-yə olan nisbətidir. Bu da artıq ABŞ cəmiyyətində söz və fikir azadlığının hansı səviyyədə olduğunu nümayiş etdirir. Başqa bir aspekt isə odur ki, Tramp öz fikirlərində transmilli media şirkətlərini korrupsiyada ittiham edir. Daha sonra məlum olur ki, 2 milyondan artıq seçici dünyasını dəyişmiş "seçicidir”. Həmçinin, seçki kampaniyasında biz namizədlər tərəfindən biri-birinə qarşı şəxsi ailə münaqişələrindən başlamış dövlət cinayətlərinə qədər müxtəlif ittihamların sadalandığının şahidi oluruq. Bu ittihamların çoxu da əsaslandırılmış ittihamlardır. Artıq dünyada hamı Amerikanın necə xarici siyasət yeritdiyini və ölkə daxilində qeyri-demokratik mühit formalaşdığını aydın şəkildə görür”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm