“Vikipediya” Gəncəni az qala erməni şəhəri kimi təqdim edir”




Milli Məclisin bu günkü iclasında millət vəkili Məlahət İbrahimqızı "Vikipediya”dan bnarazılıq edib. 
Sherg.az-ın xəbərinə görə, xanım deputat deyib ki, "Vikipediya”da çox səhvlər var: 

"Bu günlərdə Gəncə ilə bağlı məlumatlara baxırdım. Təsəvvür edin ki, "Vikipediya”da Gəncə az qala erməni şəhəri kimi təqdim olunur. Bununla yanaşı dahi şəxsiyyətlərimizlə bağlı bilərəkdən və ya qəsdən təhrif olunmuş məlumatlar gedir. Bu, çox ağrılı məsələdir. Bunun hansısa formada həll olunması lazımdır”.
Anar