“Vikipediya”da Azərbaycanda Stalin repressiyaları ilə bağlı məqalə yaradılıb
11:37 10.04.2019
Arxiv
767
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən "Vikipediya”da "Azərbaycanda Stalin repressiyaları” sərlövhəli məqalə yaradılıb.
MEK-dən bildirilib ki, "Vikipediya”da seçilmiş məqalə statusu almış bu geniş materialda repressiyalara qədər baş verən hadisələr, İosif Stalinin hakimiyyətə gəlişi, kütləvi "təmizləmə”lərin başlanması barədə məlumat verilir.
"1930-1936-cı illər arası siyasi repressiyalar”, "Böyük təmizləmə Azərbaycanda”, "Respublika rəhbərlərinə və partiya üzvlərinə qarşı repressiyalar”, "Şamaxı prosesi”, "Xalq təsərrüfatı sistemində repressiyalar”, "Ziyalıların repressiyası”, "Mikayıl Müşfiqin işi”, "Elm xadimləri”, "Ümumittifaq pantürk təşkilatı” işi üzrə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında repressiyalar” sərlövhəli məqalələrdə oxucular mövzu ilə bağlı ətraflı məlumat əldə edə bilərlər. Məqalədə, həmçinin repressiyaya məruz qalmış şair və yazıçılar, incəsənət xadimləri, "böyük təmizləmə”nin bitməsi haqqında geniş məlumat verilir, qurbanların sayı göstərilir.
Məlumatda, eyni zamanda, "Almanların Azərbaycandan deportasiyası”, "İşgəncələr”, "Repressiyaya məruz qalanların yaxınları”, "Repressiya və din”, "Azərbaycanda QULAQ düşərgələri”, "Repressiyaya məruz qalmış Cümhuriyyət tələbələri” başlıqları da mövcuddur.
Qeyd edək ki, "Azərbaycanda Stalin repressiyaları” məqaləsi ölkəmizdə repressiya dövrü və mövzu ilə bağlı dəyərli mənbədir və burada 260-dan çox istinad mövcuddur. Məqaləni qeyd olunan linkdən oxumaq mümkündür:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya