Virusun dəhşətli növü yayılır: böyük itkilər OLACAQ
07:31 01.05.2021
Arxiv
464
Hindistanda ölüm sayı gündəlik 3 min civarındadır və küçələrdə meyitlərin kütləvi yandırılması həyata keçirilir. Dünya bu yandırılmaların virusu yenidən aktivləşdirə biləcəyindən narahatdır.
Bu sözləri Sfera.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O, meyitlərin yandırılmasının ekoloji problem yarada biləcəyini bildirib:
"Hindistan küçələrində meyitlərin yandırılması artıq ənənəvi bir hal alıb. Bu virus yayılarsa, bu, dördüncü dalğa hesab ediləcək. Bəzi tibb alimləri bunu virusun ikiqat mutasiya olduğuna görə pandemiyanın yeni mərhələsi sayırlar. Hindistan ştammının hansı davranışlar sərgiləyəcəyi insanları çox narahat edir. Dünyanın belə bir çətinlik qarşısında qaldığı zamanda hesab edirəm ki, çox diqqətli və ehtiyatlı olmalıyıq. Artıq bütün ölkələrdə həm xeyli insan yorulub, həm də resurslar tükənib. Belə bir dalğa olsa, bu, böyük itkilər gətirəcək. Hər halda, koronavirusla bağlı verilən proqnozlar özünü doğrultmur və pandemiyanın bitmək ehtimalı yoxdur. Karantin qaydalarına əməl etmək çox vacibdir”.
Qeyd edək ki, Hindistan ştammı ilk dəfə Hindistanın şərqi Benqaliya ştatında, Hindistan Genomika və İnteqrativ Biologiya İnstitutunun əməkdaşları tərəfindən tapılıb. Müəyyən edilib ki, virusda ikili mutasiya əmələ gəlib və bunlar B.1.617 və B.1.618 mutasiyalarıdır. Bunun nəticəsində virusun genomunda olan arxitektonika nukleotid zəncirinin quruluşu xeyli dəyişib və virus yeni bir xassə alıb./Azerforum.com/
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm
Nino Tsilosani: Gürcüstan müharibə ilə hədələnir
13:19 23.04.2026
Region
Kobaxidze istefası ilə bağlı xəbərləri şərh edib
12:53 23.04.2026
Region
Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə olub
12:42 23.04.2026
Gündəm
TƏBİB kadr dəyişiklikləri ilə bağlı açıqlama yayıb
12:39 23.04.2026
Aktual
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib
12:34 23.04.2026
Şou
İran Azərbaycana çağırış etdi
12:26 23.04.2026
Region