Vitrində qızıllara baxan süpürgəçini lağa qoydular, amma baxın, axırı nə oldu?

Xeyriyyəçi, adamı tapdı və zərgər dükanına apararaq istədiyi qızıl əşyaları seçməsini istədi
Səudiyyə Ərəbistanıda bir Instaqram istifadəçisi zərgər vitrininə baxan yaşlı adamın şəkilini çəkib altına "Bu adam yalnız zibillərə baxmağı haqq edir" yazdı. Sosial mediada adamı lağa qoydular, ancaq  Səudiyyəli bir xeyriyyəçidən olduqca fərqli bir cavab gəldi.
Xeyriyyəçi  araşdırma apararaq şəkildəki adamın Səudiyyə Ərəbistanında çalışıb pul qazanmaq məcburiyyətində olan Banqledeşli 65 yaşlı Nazer al-İslam Abdul Karim olduğunu öyrəndi. Adamı tapdı və zərgər dükanına apararaq istədiyi qızıl əşyaları seçməsini istədi. Yaşlı adama ayrıca 2 son model cib telefonu, ölkəsinə gedib ailəsini görə bilməsi üçün gediş-gəliş təyyarə bileti hədiyyə etdi. Xeyriyyəçi eyni zamanda adama ərzaq yardımı etdi, bal, düyü kimi qida məhsulları alıb, verdi.
Yaşlı adamsa fotosu  çəkiləndə  xəbəri belə olmadığını, yalnız təmzilik işləri ilə məşğul olarkən bir anda özünü vitrinin önündə olduğunu, ona edilən yardım üçün böyük xoşbəxtlik yaşadığını  söylədi.