Vyana görüşündən dərhal sonra Paşinyan Putinə niyə zəng edib? - Pərdəarxası
13:28 02.04.2019
Arxiv
518
"Azərbaycan və Ermənistan rəhbərlərinin Vyana görüşündən dərhal sonra Paşinyanın Putinlə əlaqə yaratması bizim üçün gözlənilməz deyil”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq, Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Siyasi şərhçinin sözlərinə görə, əksinə Paşinyan Putinlə əlaqə yaratmasaydı, o zaman bu gediş sensasiya olardı və barəsində ciddi düşünməyə dəyərdi:
"İndiyə qədər baş tutmuş bütün danışıqlar öncəsi və sonrası Ermənistan rəhbərləri bir qayda olaraq Rusiyaya hesab veriblər. Özü də bunu ictimaiyyətdən gizli saxlamayıblar.
İlk növbədə bu ənənə Ermənistanın müstəqil dövlət olmadığı və heç bir taleyüklü məsələlərdə müstəqil qərar vermək səlahiyyətində olmadığına sübutdur. Görüş ərəfəsində inamsız və narahat görünən Paşinyan daha sonra sahibindən aldığı təlimatdan ruhlanaraq Müdafiə nazirinin Azərbaycana qarşı səsləndirdiyi "yeni ərazilər işğal edəcəkləri” barədə bəyanatına dəstək verdi”.
Analitikin sözlərinə görə, Putinin Paşinyana hansı tövsiyəni verməsi danışıqlar zamanı erməni tərəfinin verdiyi təkliflərdən aydın görünür:
"Danışıqlar öncəsi Paşinyan separatçı rejimin nümayəndələrinin danışıqlarda iştirakını tələbi də məhz Putinin tövsiyyələrindən biridir. Lakin ATƏT və problemin həllində maraqlı olan ABŞ və Almaniya qəti olaraq indiyə qədər qəbul olunmuş prinsiplərdən kənar təklifləri rədd etdilər. Bu gediş nəticə vermədiyindən növbəti təxribat xarakterli tövsiyyə də çox çəkməz üzə çıxar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi