""Washington Post”un təqdimatı tam yarıtmaz xarakter daşıyır" - Əflatun Amaşov
13:38 06.09.2017
Arxiv
474
""Washington Post” kimi nüfuzlu nəşrin Azərbaycanla bağlı tutduğu mövqe təəssüf doğurur".
"Sherg.az" xəbər verir ki, bu barədə öz Feysbuk səhifəsində Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib.
O qeyd edib ki, hər şeydən öncə söhbət jurnalistikadan gedir. Jurnalist peşəkar olmalıdır. Peşəkarlıq isə qərəzsizliyə söykənir:
"Həssaslıq da mühüm şərtdir. Bu mənada "Washington Post”un təqdimatı tam yarıtmaz xarakter daşıyır. Mövcud dəst-xətt heç şübhəsiz siyasi amillərlə bağlıdır. Zaman-zaman belə halların az şahidi olmamışıq. Bu gün də eyni kampaniya aparılmaqdadır. Məqsəd bəllidir - Azərbaycanın beynəlxalq imicini ləkələmək, onun dövlət başçısının nüfuzuna zərbə vurmaq. Hesab edirəm ki, ölkə ictimaiyyətində bu cür uğursuz cəhdlərə münasibətdə tutarlı immunitet formalaşıb. İnsanlarımız reallıqları görürlər və düzgün qiymət verməyi bacarırlar".
Parlamentari hesab edir ki, "Washington Post”un jurnalistlərin dövlət tərəfindən mənzillə təmin edilmələrinə toxunması, bu məsələ ilə «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi arasında paralellər aparması tam etikadan uzaqdır:
"Bir qədər öncə jurnalistin həssas olmasının vacibliyini təsadüfən vurğulamadım. Düşünürəm ki, "Washington Post” məhz bu məqama həssas yanaşmalıydı. Ona görə ki, burada ittiham edilən tərəf həm də Azərbaycan jurnalistləridir. Dövlət ümumilikdə 411 jurnalisti mənzillə təmin edib. "Washington Post”un nəzərində 411 jurnalist mənzili rüşvət kimi qəbul edib. Yanaşma tam absurd və ziddiyyətlidir.
Dövlətin jurnalistikaya təmənnalı münasibət bəsləməsinə hətta nəzəri cəhətdən belə ehtiyac yoxdur və olmayıb da. Müstəqillik dövründən bu yana həyata keçirilən islahatlarda, görülən işlərdə media amili əsas götürülüb. Yəni Azərbaycan dövləti öz işini məhz medianın dəstəyindən yararlanmaqla həyata keçirib.
İkinci bir tərəfdən isə dövlətin ev verdiyi jurnalistlər Azərbaycan mediasının palitrasını təşkil edir. Bölgüdə müxalifətyönümlü və iqtidaryönümlü mediaya heç bir fərq qoyulmayıb. İndi də həmin jurnalistlər tam sərbəst və azad şəkildə fəaliyyət göstərirlər. Onlar heç bir halda düşünməyib və düşünə də bilməzlər ki, dövlət ev verirsə, nələrisə yazmamalı və deməməlidirlər. Əksinə jurnalistlər indi daha çox tənqid yazır və hesab edirlər ki, tənqid və nöqsanların diqqətə çatdırılması cəmiyyətin inkişafı, dövlətin tərəqqisi üçün son dərəcə vacibdir. Bu mənada "Washington Post” Azərbaycan reallıqlarına tam əhəmiyyətsiz yanaşır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq