Xaçmazda qadını öldürüb gizlicə basdırdılar





Xaçmaz rayonunda qətl hadisəsinin üstü açılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, bir neçə gün öncə Xaçmaz şəhər sakinini öldürərək Əbilyatağı kəndi ərazisindən basdıran şəxslər saxlanılıb.

Hüquq-mühafizə orqanlarının iştirakı ilə meyit basdırıldığı yerdən çıxarılıb və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.