Amaliya Pənahova: " Flora Kərimova kimdir ki..."
Azərbaycanda qadın aktrisalar arasında rəqabət hər zaman güclü olub.
İstər müstəqillik illərində, istərsə də ondan əvvəlki illərdə bu rəqabət davam edib. Bu gün də rəqabət gənclər arasında davam edir. Azərbaycanın dram janrında ən güclü qadın aktrisasının kim olduğu hər zaman müzakirə mövzusu olub. Bu il də ən güclü aktrisanın kimliyi sorğu olaraq araşdırılır. Sorğuda ölkənin sayılmış seçilmiş ziyalıları, sənət adamları iştirak ediblər. Sorğunun nəticələri yaxın günlərdə açıqlanacaq.
Bu mövzu ilə bağlı araşdırma edərkən xalq artisti Flora Kərimovanın da məsələyə münasibətinə diqqət çəkib, öyrəndik. Mövzu ilə bağlı münasibətini bildirən Flora Kərimova rəqabətin əsasən Şəfiqə Məmmədova ilə Amaliya Pənahova arasında gedəcəyini bildirərək, səsini də Şəfiqə Məmmədovaya verib. Daha sonra o Amaliya Pənahovanın heç vaxt Şəfiqə Məmmədovaya çata bilməyəcəyini bildirib:
"Bilirsiz madəm bu mövzu ilə bağlı araşdırma aparırsız mən sizə deyim ki, Şəfiqə xanımda olan qürur, səhnə duruşu, obraza girmə heç vaxt Amaliya Pənahovada ola bilməz. Ömründə Amaliya Pənahova özünü Şəfiqə Məmmədova ilə müqayisə eləməsin. Amaliya yel olub Şəfiqənin yanından ötə bilməz. Şəfiqə Məmmədova, eyni zamanda, daha çətin rolların öhdəsindən gəlib. Mən onların heç birini yaxından tanımıram, amma baxdığım izlədiklərimə və gördüklərimə əsasən, bu, mənim fikirlərimdi. Bu, bir daha onu sübüt edir ki, dram janrında ən layiqli, ən güclü qadın aktrisa Şəfiqə Məmmədovadır".
Flora kərimovanın Amalya xanım haqqında söylədikləri yəqin ki, xeyli müddət müzakirə olunacaq. Bəs görən Amaliya Pənahova Flara Kərimovanın onun barəsində söylədiyi fikrə reaksiyası necə olacaq? Amaliya Pənaova Flora kərimovadan belə bir kəskin açıqlamagözləyə bilərdimi?
Yeri gəlmişkən xatırladaq ki, bu günlərdə «Nömrə-1» mükafatlandırma məsrasimində hər iki sənətçi yanaşı duraraq biri birini salamlayıb və tədbirdə iştirak etmişdilər. Mərasimdə biri biri ilə xoş ünsiyyətdə olan hər iki xalq artistinin birgə fotoları da mətbuat səhifələrində yer almışdı.
Xalq artisti Amalya Pənahova ilə əlaqə yaradıb. Flora Kərimovanın mesajına münaibət öyrənmyə çalışdıq. Mətbuata demək olar qapalı mövqe tutan Amalya Pənahova bu dəfə də ənənəsini pozmadı desək səhv etmərik.
Beləki əvvəlcə telefonda bizimlə normal tərzdə danışanAmalya Pənahova « Vlora Kərimovanın ünvanına belə bir mesaj göndərib. Sizin mövqeyiniz maraqlıdır» sualını çılğın , emosional tərzdə cavablayaraq « Mən mətbuatın suallarını cavablandıran deyiləm. Ara vurmağa çalışıb qalmaqal yaratmaq mətbuatın köhnə peşəsidir. Flora Kərimova mənim barəmdə yaxşı sözlərdən başqa nə danışa bilərki? Bir də ki o, kimdir ki, mənim sənətim barədə söz desin. Flora yalnız məni tərifləyə bilər» -söylədi.
Aktrisaya çatdırmağa çalışdıq ki, əslində heç də ünvanınıza xoş fikirlər səslənməyib. Aktrisa Flora Kərimovanın onun barəsində söylədiyi eşidən kimi «Mən bu suallınıza cavab verən deyiləm» deyərək telefonu üzümüzə bağladı. Görünür, Amalya Pənahova ünvanına səslənən tənqidi qəbul edə bilmədi. Elə o üzlən də yenə mətbuata hörmətsizliyni nümayiş etdirməyə çalışdı
Tahirə