Xanım deputat bərk hiddətləndi:"Mənə zərər vurmaq istəyən..."
21:10 01.07.2017
Arxiv
2954
"Sosial mediada bir qrup tərbiyəsiz var. Adımdan yalanlar yazırlar. Demədiyim sözləri guya mən demişəm kimi yazırlar.Harada, kimə demişəm bilən yox. Bu tərbiyəsizlərin ailəsində, nəslində şəhid varmı bilmirəm, amma mənim çoxdur".
Sherg.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva öz feysbuk səhifəsində yazıb. Azərbaycan türkü olduğunu söyləyən xanım deputat qeyd edir ki, əslini-nəslini bilənlərdəndir:
"Bu günə qədər də əlimdən nə gəlibsə də ölkəm üçün, Qarabağ davamız üçün etməyə çalışmışam. Bu adamlara bircə şey demək istəyirəm: Çirkinləşməyin. Amma təbii ki belə mənəviyyata sahib insanlara bu sözlərin bir təsiri ola bilməz.
Neçə illər öncə qardaş Türkiyədə etdiyim bir çıxış zamanı Qarabağ problemindən danışdıqdan sonra, Ermənistanı işğalçı adlandırıb sərt tənqid etdikdən sonra(internetdə videoları da var) bir adamın hamının yanında yaxınlaşaraq Türkcə siz tamamilə haqlısınız, dediklərinizlə razıyam, sizin və bütün azərbaycanlıların yaşadığı üzüntülərdən dolayı çox üzgünəm, sizin əlinizdən öpmək istəyirəm deyib əlini uzatdıqda hər kəsin içərisində "pasportunuzu verin baxım görüm sizin adınız familyanız nədirmi" deməliydim. İndi həmin vaxt tədbirdən yayılmış şəkllərin içindən seçib başına adımdan yalan yazılar yazıb paylaşıb guya mənə zərər vurmaq istəyən mənəviyyatdan yoxsul bəzi insanlar. Bir də ki çıxışınızla düşmən millətin mənsubunun hər kəsin içərisində sizdən,xalqınızdan üzr istəməsinə həyatda heç nail olubsunuzmu onu da bilmirəm... Hər halda mən eşitməmişəm...
Heç nə demirəm keşkə bu ölkə üçün siz də bir şey etmiş olsaydınız bəlkə məni etdiyiniz bu çirkinliklər bu qədər yandırmazdı. Ən azı mənə milli insan necə olmalıdır dərsi keçmək üçün mənəvi haqqınız vardı deyərdim...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında oldular
10:40 27.09.2026
Siyasət
Naxçıvanda 27 Sentyabr - Anım Günü qeyd edilir
10:10 27.09.2026
Sosial
Salah heyətdən çıxarıldı
09:51 27.09.2026
Futbol
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət