Xanım deputat dollar ala bilmir - “Günlərlə əlimizdə pul valyuta dəyişmək istəyirik, amma tapa bilmirik“





"Günlərlə əlimizdə pul valyuta dəyişmək istəyirik, amma tapa bilmirik. "Qara bazar”da isə nə qədər istəyirsən tapa bilərsən. Ona görə də təklif edirəm ki. valyutadəyişmə mənətələri bərpa edilsin.

Ümumiyyətlə, başa düşə bilmirəm ki, valyutadəyişmə mənətəqləri niyə bağlandı?! Bununla həm peşəkar birjaçılar prosesdən kənarda qaldı, həm də işsizlik yarandı”.

 Sherg.az bildirir ki bu sözləri parlamentdə gələn ilin büdcəsi müzakirə olunarkən, xanım millət vəkili Elmira Axundova səsləndirib. 

Millət vəkili vurğulayıb ki, valyutadəyişmə mənətəqlərinin ləğv edilməsi turizm sektoruna da öz mənfi təsiri göstərir: "Düşünürəm ki, hökumət vəziyyəti dəyərləndirib, düzgün qərar verməlidir, valyutadəyişmə məntəqələri bərpa olunmalıdır”.

Anar