Xanım teleaparıcıya restoranda hücum etdilər - Çəngəllə xəsarət yetirilib
12:03 25.12.2018
Arxiv
1072
Azərbaycanda televiziya aparıcısına çəngəllə xəsarət yetirilib. Report-un xəbərinə görə, "Dünya” TV-nin (DTV) aparıcısı Humay Muxtarova polisə şikayət edərək, dekabr ayının 22-də Nəsimi rayonu ərazisində yerləşən restoranlardan birində Vaqif adlı tanışı ilə birlikdə olan zaman həmin şəxsin ona hücum etdiyini və çəngəllə xəsarət yetirdiyini bildirib.
"Mətbuat yazıb ki, həmin şəxs mənim tanışımdır. Belə bir şey yoxdur. Hadisənin təfərrüatını sizə danışım. Həftəsonu rəfiqələrimlə xəngəl yeməyə getmişdik. Rəfiqələrimin birinin sevgilisi ilə problemi var idi, ayrılmışdı. Həmin vaxt telefonla mübahisə edirdi, bir anda qapı açıldı, oğlan içəri girdi. Girən kimi mənim üstümə hücum çəkdi, söyüş söyməyə başladı. Digər rəfiqələrim onun qarşısını kəsməyə başladılar.
Dedim ki, sənin mənimlə nə işin? O da cavab verdi ki, yeməyə sən onu dəvət etmisən. Stoldan çəngəli götürərək mənə atdı. Daha sonra masada olan boş şüşəni götürüb hücum çəkmək istəyirdi, rəfiqələrim icazə vermədi. Şükür ki, üzümə, gözümə xəsarət yetirilməyib. Qadınam, kişi ilə dava edəsi deyildim. Nəsimi Rayon Polis Şöbəsinə müraciət etdim, həmin şəxs axtarışa verilib.
İnsanın sevgilisi ilə problemi varsa, bunun mənə nə aidiyyəti var? Sən kimsən ki, məni ictimaiyyət arasında təhqir edirsən? Hər yerə ərizə ilə müraciət etmişəm. Bir daha deyirəm, həmin şəxs mənim tanışım deyil. Oğlanın adı da Vaqifdir”, - deyə aparıcı qafqazinfo.az saytına açıqlamasında deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə