Xaricdəki valyuta ehtiyatımızın azı 1 milyardı ölkəyə gətirilsin!- MİLLƏT VƏKİLİ




"Bu gün iki sabiq nazirlə bağlı məhkəmə prosesi keçirilir. Və biz nələrin şahidi oluruq. hesab edirəm ki, həmin nazirliklərin ətrafında baş verənlər təkrarlanmasın deyə, büdcə vəsaitlərinin xərclənməsində mexanizmlər hazırlamalıdır". 

Sherg.az-ın məlumatına görə bu sözləri Milli Məclisdəki büdcə müzakirəsi zamanı deputat Zahid Oruc səsləndirib. 

Millət vəkili həmçinin turizmlə bağlı problemlərdən danışaraq gürcüstanı misal gətirib: "Gürcüstanın ərazisi Azərbaycanın ərazisindən xeyli kiçikdir. Amma Gürcüstana ildə gələn turistlərin sayı 6 milyondur, bizdə 1 milyondur. Bu fərqin yaranmasının bir səbəbi var, xarici vətəndaş öz vəsaitinin 60 faizini otel və nəqliyyata verəcəksə, o ölkəyə gəlməyəcək”. Z.Oruc həmçinin Azərbaycanın xaricdəki valyuta ehtiyatlarının ən azı bir milyardını ölkəyə gətirməyin, vətəndaşlara güzəştli kreditlər verməyin vacibliyini vurğulayıb.

Anar