Xarici şirkətlər Gürcüstanda neft axtarışında
18:15 05.08.2018
Arxiv
755
Gürcüstanda fəaliyyət göstərən bəzi xarici şirkətlər bu ölkənin ərazisində neft yataqları olduğunu iddia edirlər və bununla əlaqədar olaraq axtarışlara da başlanılıb. Modern.az xəbər verir ki, "İmedi” telekanalının məlumatına görə, bu barədə "Kommersant” radiosuna Gürcüstan Neft və Qaz Korporasiyasının rəhbəri Giorgi Tatişvili məlumat verib.
G.Tatişvili bildirib ki, İspaniyanın "Repsol İspan” şirkəti Gürcüstan ərazisində neft yataqlarının olması barədə bu ölkənin müvafiq strukturlarına məlumat verib və axtarış - qazma işləri, tədqiqatlar aparmaqda maraqlı olduğunu bildirib.
Onun sözlərinə görə, Gürcüstanda çalışan digər xarici şirkətlər neft axtarışında maraqlıdırlar.
G.Tatişvili deyib: "Təxminən bir ay əvvəl "Repsol İspan” şirkəti Gürcüstanda neft yataqlarının olması perspektivləri haqqında bizə məlumat verib və bu istiqamətdə tədqiqat işləri aparmaqda maraqlı olduqlarını bildirib. "Repsol İspan” böyük neft şirkətlərindən biridir və bu şirkət ilə saziş rəsmiləşdirilib".
Onun sözlərinə görə, Gürcüstanda neft hasilatı ilə bağlı Çin şirkəti də maraqlıdır və onlarla da müqavilə imzalanıb.
"Bu şirkətlər ölkədə kor-koranə tədqiqat aparmırlar. Onlar toplanmış materialı öyrənir və təhlil əsasında qərar qəbul edirlər. Ehtimal var ki, onların tədqiqatlarına görə, hələlik neft aşkar olunmayıb, lakin minimum risklər var”, - deyə Tatişvili vurğulayıb.
Gürcüstan Neft və Qaz Korporasiyasının rəhbərinin sözlərinə görə, ölkənin 23 bölgəsində neft ehtiyatlarının hasilatı ilə bağlı müqavilə imzalanıb və rəsmiləşdirilib. Lakin, neft emalı üçün lisenziya üç şirkətə verilib. 2017-ci ildə Gürcüstan 40 min ton neft hasil edib.
Məlumat üçün qeyd edək ki, Gürcüstanda ildə təxminən 2,5 milyard kubmetr qaz, 1,2 milyon ton neft məhsulları istehlak olunur. Gürcüstana karbohidrogenlər (neft və qaz) əsasən Azərbaycan, Rusiya, Rumıniya və Bolqarıstandan gətirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm