Aprelin 5-də Bakı Konqres Mərkəzində Azərbaycanın 6 ölkədə fəaliyyət göstərən xarici turizm nümayəndəlikləri ilə görüş keçirilib. Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən tədbirdə səyahət agentlikləri, tur opertor və otellərin nümayəndələrinin iştirakı ilə ikitərəfli görüşlər formatında müzakirələr və tərəfdaş ölkələrin nümayəndəlik ofislərinin təqdimatları baş tutub.
"Sherg.az" xəbər veri ki, təqdimat zamanı rəsmilər Azərbaycanla turizim əlaqələrindən, bu sahədə strategiyalarından, və turizim agentliklərinin hərəkət planlarından bəhs ediblər. Nümayəndəliklər fəaliyyət göstərdikləri ölkə və region üzrə Azərbaycanın turizm potensialının təbliği, marketinq araşdırmaları, hesabatların hazırlanması, təbliğat materiallarının hazırlanması və yayımlanması təlimlərin keçirilməsi və s. kimi istiqamətlər üzrə fəaliyyət göstərirlər.
Rəsmi turizm nümayəndəliklərinin fəaliyyəti həmçinin Azərbayacana aid seminarların eləcə də yerləşdiyi regionlardakı və Azərbaycandakı turizm və səyahət şirkətlərinin əməkdaşlıq etməsi üçün görüşlərin təşkil edilməsi, Azərbaycanın beynəlxalq sərgilərdə təmsil olunmasına dəstək verilməsi və koordinasiya işlərini həyata keçirərək ikitərəfli əlaqələrin stimullaşdırılmasına xidmət edir.
"Bakı Kart" yeni və innovativ məhsul olaraq kart sahiblərinə Bakı şəhərində ictimai nəqliyyatdan və hava limanından şəhərə və əksinə transfer xidmətini həyata keçirən "Baku City Aero Express" avtobuslarından ödənişsiz istifadə imkanı tanıyır. Həmçinin kart əldə etməklə turistlər Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən "Baku City Tour" avtobuslarına biletləri 50 faiz endirimlə əldə edə biləcəklər. Kart vasitəsilə 20-dən çox muzey və istirahət mərkəzlərinə pulsuz və ya endirimli giriş, 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzində, müxtəlif restoran və kafelərdə endirimlər, salamlama içkiləri və ödənişsiz məhsullardan faydalanmaq mümkündür. Etibarlılıq müddətinə görə 24 saatlıq, 72 saatlıq və 1 həftəlik olmaqla 3 növü olan kartların qiymətləri müvafiq olaraq 24 AZN, 45 AZN və 70 AZN təşkil edir. Kartların satışı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, turizm informasiya mərkəzləri, müxtəlif hotellər, turizm agentlikləri, kiosklarla yanaşı, onlayn olaraq bakucard.az saytı vasitəsilə həyata keçirilir. Turistlərin qənaət edərək vaxtlarını daha səmərəli keçirmələrinə şərait yaradan "BakuCard" kartları geniş funksional imkanları tanıyaraq Bakı şəhərinin beynəlxalq turizm məkanı kimi cazibəsini daha da artıraraq Bakının sürətlə inkişaf edən turizm şəhəri olmasına töhfə verəcək.
"İstifadəçilərə kartlarla birgə "BakuCard”ın kitabçası da təqdim olunur. İçərisində həm Bakı haqda məlumat var, həm kartın istifadə qaydaları, həm də tərəfdaşlarımız haqqında-hansı endirimləri əldə edə biləcəkləri haqda ətraflı məlumatlar var” – deyə Bakı Turizm İnformasiya Mərkəzinin rəhbəri Rüfət Bağırov bildirib.
Turizmin inkişafı ilə əlaqədar tərəfdaşlıqlar ilin sonuna qədər daha da artırılacaq. Bunun Azərbaycanda olan biznesin inkişafına dəstək olduğu vurğulanıb. Tərəfdaşlar öz məhsullarını, öz brendlərini "BakuCard” vasitəsilə, endirimlə reklam edə biləcəklər.
Kartın aktivləşmə prosesi isə bildiyimiz nəqliyyat kartı kimidir. Yaxınlaşdırıb keçməklə aktivləşir. Digər partnyor şəbəkələrində və muzeylərdə xüsusi sistem vasitəsilə həyata keçirilir. Müştəri yaxınlaşdığı zaman kartı təqdim edir, kartın üzərindəki nömrəni qeyd edərək yoxlayırlar. Kart aktivdirsə endirim tətbiq olunur. Aktiv deyilsə turistə bildirilir ki, ödəniş tam həyata keçirilməyib. Bakı şəhəri üçün nəzərdə tutulan endirim kart sisteminin gələcəkdə digər şəhərlərə də tətbiq edilməsi mümkündür.
Sevda Ulutau