Xədicə Əlibəyovanın nəvəsi "Şərq"i ziyarət edib - FOTO

1911- ci ildə Azərbaycanda ilk qadın mətbuatı olan "İşıq" qəzetinin əsasını qoyan Xədicə xanım Əlibəyovanın nəvəsi məşhur kino xadimi Cəmil Fərəcov "Şərq" qəzetində yaradılan mətbuat müzeyini ziyarət edib.
Sherg.az xəbər verir ki, C.Fərəcov müzeyə nənəsinə aid şəxsi əşyaları - dörd orjinal fotoşəkil, "İşıq" qəzetinin orjinal nüsxələrini və nənəsinin sovet dönəmində aldığı mükafatları təqdim edib. Müzeylə yaxından tanış olan qonaq görülən işlərdən məmnunluq ifadə edib.
Ayyət Əhməd