"Xəzər” avtomobillərinin satışa çıxarılması bazara necə təsir göstərəcək? - AÇIQLAMA

"Bu avtomobillərin satışı uğurla həyata keçsə, gələcəkdə maşın bazarında rəqabətli mühit yaranacaq”
Bu sözləri "Sherg.az”a Neftçalada istehsal olunun "Xəzər" avtomobilərinin bu ay satışa çıxarılmasının bazara təsirlərindən danışarkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Onun qənaətincə, əslində bu avtomobillərlə bağlı tanıtım kompaniyası tam olaraq həyata keçirilməyib:
"Avtomobillərin kefiyyəti və digər xüsusiyyətəri insanlara tam şəkildə çatdırılmalıdır ki, insanlar bu avtomobillərə maraq göstərsin. Bunlar tam şəkildə həyata keçrilməsə, onların satışında bəzi problemlər yarana bilər. Bazara çıxarılacaq avtomobillərin dəyər seqmentində uyğun qiymət olacaqsa, bazarda rəqabətli mühit yaranar. Bununla da həmin avtomobillərə maraq artar. Çünki texnki göstəricilərinə uyğun ilk açıqlanan rəqəmlər o qədər də cəlbedici deyil. 
Bu avtomobillər mexaniki ötürücü qurluşa malikdir. İndiki avtomobullərdə insanların ən çox fikir verdiyi xüsusiyyətlərdən biri bu hissədir. Çünki əksəriyyət avtomat quruluşa malik avtomobilləri tələb edir. Amma bütün bunlara baxmayaraq əgər yaxşı tanıtım kampaniyası aparılacaqsa, kefiyyəti ilə bağlı problemləri olmayacaqsa, avtomobil bazarında qiymətlərin tənzimlənməsinə və gələcəkdə bu sahədə bahalaşmanın qarşısının alınmasına kömək edəcək.  
Amma çalışmaq lazımdır ki, daha çox detallar Azərbaycanda istehsal olunsun. belə olarsa, bu həm ölkə iqtisadiyyatına, həm də yeni texniki işçilərin yaranmasına təsir göstərə bilər. Həmçinin minlərlə işsiz insan işlə təmin olunar. Yəni bu sahədə kifayət qədər potensial yarana bilər. Həm elmi potensial, həm də yeni detalların istehsalı ilə bağlı yan sahələrin yaradılması yaxşı olar. Bütün bular çox vacibdir. Çalışmaq lazımdır ki, detalların 30 faizi Azərbaycanda istehsal olunsun. 
Bu zaman həm rentabellik yüsələcək, həm də qiymətlərin aşağı düşməsi üçün şərait yaranacaq. Buna Azərbaycanın da kifayət qədər ehtiyacı var. Ən azından rezin, plastik məmulatların hamısı ölkəmizdə istehsal oluna bilər. Bunun üçün ölkəmizdə xammal bazası, işçi qüvvəsi və kifayət qədər mütəxəssis var. Təcrübə keçib həmin detalları Azərbaycanda istehsal etmək mümkündür. Bununla da istehsalda uğurlu addım atmış olarıq”.
Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsində yerləşən "Azərmaş” ASC və "İran Khodro” şirkətinin birgə istehsal etdiyi "Xəzər” avtomobilləri növbəti həftədən satışa çıxarılır. Artıq bir neçə dövlət qurumu tərəfindən "Xəzər" avtomobillərinin sifarişi daxil olub. Bunu jurnalistlərə açıqlamasında "Azərməş"ASC-nin İdarə heyətinin sədri Emin Axundov bildirib. E.Axundovun sözlərinə görə, satışlar mağazaları Bakının 3 yerində - Badamdar, Babək prospekti və Ziya Bünyadov prospektində açılacaq: "İlkin olaraq satışa 100 avtomobil çıxarılacaq. 
Kənan Eynuroğlu