Politoloq bildirib ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı sənədin olmaması dənizin dibinin bölünməsini də mümkünsüz edir:
"Xəzər hüquqi statusuna dair sənədin imzalanması çox müsbət hal olardı” - Sabiq dövlət müşaviri
10:12 10.08.2018
Arxiv
842
"Xəzər dənizi ilə bağlı yüksək statusa malik hüquqi sənədin imzalanması çox müsbət hal olardı”.
Bunu "sherg.az”a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Analitik bildirib ki, Xəzərin milli sektorlara bölünməsi məsələsinin yubadılması heç bir dövlətin xeyrinə deyil:
"Xəzər daxili göl olduğu üçün bölgülər beynəlxalq standartlara görə, yəni "orta xətt” prinsipi ilə aparılmalıdır. Dənizin ortasından xəyali bir xətt çəkilir və Xəzəryanı ölkələrin sərhədlərindən həmin xəttə qədər olan məsafə əsas götürülür. Bu cür bölgü milli sektorla bölünmə adlanır. Hər ölkə ona ayrılan sahə üzrə bütün səlahiyyətə sahib olur. Digər bölgü sistemi isə hazırki Konvensiyada öz əksini tapan "məhəlli sular” bölgüsüdür. Bu sistemə əsasən, hər bir ölkənin iqtisadi marağına uyğun sahilyanı zona müəyyən edilir. Nəticədə dövlətlər öz sahillərindən 14 km-lik məsafəni sərəncamlarına götürürlər. Yerdə qalan sahələr isə "neytral zona” elan olunur. "Neytral zona”dan hər bir ölkə müəyyən şərtlərə əməl etməklə yararlana bilər”.
Politoloq bildirib ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı sənədin olmaması dənizin dibinin bölünməsini də mümkünsüz edir:"Ona görə də Xəzərin təbii ehtiyatlarının mənimsənilməsi və ehtiyatların konkret hansı dövlətə mənsub olması məsələsində ciddi problemlər, anlaşılmazlıqlar ortaya çıxır. Doğrudur, indiyə qədər tədqiq edilmiş faydalı qazıntı yataqları, xüsusən qaz və hidrogen mənbələri hansı ölkə tərəfindən üzə çıxarılırdısa, onun istifadəsinə verilirdi. Ancaq dənizdə xeyli yataqlar var ki, onların müəyyən edilməsi mexanizmləri qaranlıq olaraq qalır. Məsələn, bir müddət əvvəl Azərbaycanla İran sərhəddində yeni neft-qaz yataqları müəyyən edilmişdi. Lakin İranın süni müdaxilələri bölgədə tədqiqat aparılmasına imkan vermədi. Tehran hökuməti bundan narahat olduğunu hiss etdirdi və yataqların İrana aid olduğunu iddia etdi. Əgər Xəzərin hüquqi statusu müəyyən edilmiş olsaydı, dövlətlər bu kimi problemlərlə üzləşməzdi. Statusla bağlı sənədin yubanması Xəzərlə bağlı qeyri-müəyyənliklərə səbəb olur. Ümid edirik ki, iki gün sonra baş tutacaq sammitdə anlaşma imzalanacaq və çətinliklər aradan qalxacaq”.
Qeyd edək ki, avqustun 12-də Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının V sammiti keçiriləcək. Sammitdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı gözlənilir. Görüş çərçivəsində Xəzər dənizinin hüquqi statusu, iqtisadiyyat, nəqliyyat, ekologiya və təhlükəsizlik sahəsində Xəzər dənizində əməkdaşlıq məsələləri müzakirə ediləcək. Sammitdə 20 ildən çoxdur üzərində iş aparılan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir. Siyasilərin sözlərinə görə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanarsa, dənizdəki bir çox problemlərə son qoymuş olacaq. Xüsusən də mübahisəli yataqların istismarına vəTransxəzər”in reallaşmasına yol açacaq.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya