Xəzərdə içində meyitlər olan qayıq aşkarlandı - YENİLƏNİB






Fövqəladə Hallar Nazirliyi dənizdə tapılan meyitlərlə bağlı məlumat yayıb.

"Sherg.az"ın FHN-in saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb.


***

Xəzər dənizində aşkarlanan qayığın içərisində 2 nəfərin meyitinin olduğu təsdiqlənib.
APA-nın məlumatına görə, FHN əməkdaşları artıq meyitləri qayıqdan götürüblər.
Lakin meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil.
Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq.


***

15:33

Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlanıb.

APA-nın məlumatına görə, rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub.


Qayıqda iki nəfərin meyitinin olduğu ehtimal edilir.