Xəzərdə içində meyitlər olan qayıq aşkarlandı - YENİLƏNİB-2





Bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisinin göyərtəsinə götürülüb. Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, hal-hazırda gəmi sahilə doğru hərəkət edir. Meyitlər və qayıq aidiyyəti üzrə təhvil veriləcək.​

**** 16.50

Fövqəladə Hallar Nazirliyi dənizdə tapılan meyitlərlə bağlı məlumat yayıb.

Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb.



***


Xəzər dənizində aşkarlanan qayığın içərisində 2 nəfərin meyitinin olduğu təsdiqlənib.


APA-nın məlumatına görə, FHN əməkdaşları artıq meyitləri qayıqdan götürüblər.


Lakin meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil.


Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq.




***



15:33



Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlanıb.


APA-nın məlumatına görə, rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub.


Qayıqda iki nəfərin meyitinin olduğu ehtimal edilir.