Xəzərlə bağlı saziş layihəsinin bir sıra müddəaları razılaşdırılıb - Kommünike
16:03 20.02.2019
Arxiv
443
19-20 fevral 2019-cu il tarixlərində Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) birinci iclası keçirilib.
Xarici İşlər Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, danışıqlarda Azərbaycan Respublikasının (rəhbəri - X.A.Xələfov), İran İslam Respublikasının (rəhbəri - R. Nəzər Ahari), Qazaxıstan Respublikasının (rəhbəri - Z.Amanjolova), Rusiya Federasiyasının (rəhbəri - I.B.Bratçikov) və Türkmənistanın (rəhbəri – M.G.Atacanov) nümayəndə heyətləri iştirak ediblər.
Tərəflər Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupu üçün Prosedur qaydalarını qəbul etdilər.
Tərflər Beşinci Xəzər sammitinin nəticələrinə dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə fikir mübadiləsini apardılar, Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərini nəzərdən keçirdilər, eləcə də imzalanmış sazişlər üzrə dövlətdaxili proseduraların yerinə yetirilməsi, o cümlədən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya prosesi barədə məlumat verdilər.
Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsinin metodikası üzrə Saziş layihəsinin müddəaları müzakirə olundu. Layihənin bir sıra müddəaları razılaşdırıldı. Bu sənədin müzakirəsi davam etdiriləcəkdir.
Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndirdilər və ilk görüşün yüksək səviyyədə təşkil edilməsi üçün Azərbaycan Respublikasına dərin minnətdarlıqlarını bildirdilər.
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclası 2019-cu ilin aprelində Qazaxıstan Respublikasında keçiriləcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm